Hali-məczubim görüb, qarə demə divanədir,Nareyi-şüridəmi zənn etmə bir əfsanədir,Şairəm, təbim dəniz, şeri lərim dürdanədir,Bəhcətim, eyşim, sürurim, vəcdim, əhrararənədir,İncizabım cürəti-mərdaneyi-mərdanədir,Afərinin himməti-valayi-Səttarxanədir.Ta ki millət məcməin Tehranda viran etdilər,Türklər Səttar xan ilə əhdü peyman etdilər,Zülmü istibdadə qarşı nifrət elan etdilər,Millətə milliyətə can nəqdi-qurban etdilər,Ayeyi-Zibhi əzim itlaqi ol qurbanədir,Afərinin himməti-valayi-Səttarxanədir.Həq mədədkar oldu Azərbaycan etrakına,Ali-Qacarın protest ətdilər Zahhakina,Ol şəhidanın səlam olsun rəvani-pakınaKim tökülmüş qanları Təbrizü Tehran xakınaOnların cənnət deyildir mənzili aya nədir?Afərinin himməti-valayi-Səttarxanədir.İştə Səttarxan, baxız, bir növ iqdimat edib,Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib,İrzi-islamı, vətən namusunu yüz qat edib,Hörməti-heysiyyəti-milliyətin isbat edib,İndi dünyanın təvəccöh nöqtəsi İranədir,Afərinin himməti-valayi-Səttarxanədir.İştə Səttarxan, baxız, İranı ihya eylədi,Türklük, iranlılıq, təklifin ifa eylədi,Bir rəshadət, bir hünər göstərdi, dəva eylədi,Dövlətin bir əynini dünyada risva eylədi,Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,Afərinin himməti-valayi-Səttarxanədir.Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!Düstü düşmən əl çalıb eylər sizə səd mərhəba!Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!Cənnəti-əladə Peyğəmbər sizə eylər dua,Çün bu xidmətlər bütün islamədir, insanədir,Afərinin himməti-valayi-Səttarxanədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине