• Sərmayeyi-irfanı nasıl kəsb edər insan?

  • Təhsili ülum ilə olur rütbeyi-irfan

  • Elm isə olur hansı məkandan bizə vasil?

  • Məktəbdə kitab ilə olur səylə hasil.

  • Ənvai-kütüb buldu nə mərkəzdə təzayid?

  • Ol mətbəədən aləmə bəxş etdi fəvayid.

  • Kəşf oldu kimin sayeyi-səyində bu sənət?

  • Göstərdi Hotenberq bu sənətdə məharət.

  • Kafi olub icrası üçün sərvəti barı?

  • Məfluk olub icrayə varınca bu şiarı!

  • Yetdi necə bəs mövqeyi-ikmalə bu sənət?

  • Etdi iki sərvətli zəvat ilə şərarkət.

  • Şirkətlə məgər boyləcə müşkül olur asan?

  • Şirkətdədir icrayi-əməl, nəfi-firavan.

  • Etsək nə olur biz də belə şirkətə iqdam?

  • Sus, söylə bizə təfriqəni, ta edək əncam...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов