Tövqif edilmişdi mağıl Gəncə siyezdi,Olmuşduq əcəb biz dəxi rahət, uçitellər!Düşdü tavuğu dövriyə bədbəxt “Nicat”ın,Əyləşmədi bir ləhzə fərağət, uçitellər!Divan-dərəni bəndə çəkib aldı dübarə,Bu bid’ət olan əmrə icazət, uçitellər!İndi Bakıda başlanacaq oldu bu iclas,Olduq yenə ol məclisə də’vət, uçitellər!Qoymur bu qapanmış bizi dünyadə beş-on günAdətcə çəkib keyf, edək işrət, uçitellər!Bilməm bu siyezdin nədir axır bizə xeyri –Hər ildə çəkək bunca əziyyət, uçitellər?!Daim bu təşəbbüslər olur həqqül-əməlsiz,Millət pulu yox, ta alaq ücrət, uçitellər!Lazım gətirir xərc edək ancaq cibimizdən,Həm xərc ola, həm mayeyi-zəhmət3, uçitellər!Boylə əmələ aqil olan mürtəkib olmaz,Layiqmi cibişdanə xəyanət, uçitellər?!Yə’ni nə deməkdir bu ki, sən pulunu xərc et,Ta elm oxuyub dərs ala millət, uçitellər?!Millətdən ötür ağlıyan axırda olur kor, –Məzmunlu məsəldir bu ibarət, uçitellər!Bildir də nə zəhmətlə bu iclasa yığışdıq,Etdik nə qədər boş yerə söhbət, uçitellər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине