Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?1Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!El cümlə dönüb olsa da kafir işin olmaz,Təzvirini kim ki, duya təkfir2 eləyirsən!Lə’n eyləyərək qasibə məxluqu soyursan,Fani deyərək aləmi tə’mir eləyirsən!Gördüm yuxuda baği-behişt içrə gəzirsən,İnsaf!.. Bunu sən necə tə’bir eləyirsən?Tərk eylə riyani ki, riya şirki-xəfidir3,İşbu sözü kəndin belə təqrir eləyirsən!Mən məkrini hiss etməyə meyil etmədim əsla,Kəndin dili-həssasimə tə’sir eləyirsən!Bizdən gözünü yığ ki, sənə aldanan olmaz,Get onları xam tovla ki, təzvir eləyirsən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира