Страница 1 из 4

Dördüncü şəkil

Yenə həmin yer. Firuzə və Səməndərli içəri girirlər.

Səməndərli

Hirs qadının gözəlliyi üçün bir zərbədir. Xanım, siz Qurbanovu ürəyinizdən silib atın, əvəzində bu yetim Səməndərlinin heykəlini qurmağınızı xahiş edirəm. Cavab ver, Cülyetta, Romeo səni gözləyir.

Firuzə

Gül kimi adımı dəyişdirmə, sən Allah! Amma yadında yaxşı saxla ki, mən gündə bir ərə gedib çıxan arvadlardan deyiləm.

Səməndərli

Mən sənin ikinci və sonuncu ərin olmaq istəyirəm.

Firuzə

Deməli, təklif eləyirsən ki, evlənək?

Səməndərli

Evlənək nə sözdür? Yeni həyat quraq, cənnət guşəsi kimi bir guşə düzəldək.

Firuzə

Sən artistsən?

Səməndərli

Əlbəttə, görmürsən, həyat müvəqqəti, incəsənət daimidir.

Firuzə

Bəs mən səni heç səhnədə görməmişəm.

Səməndərli

Mən səhnədə yox, həyatda artistəm.

Firuzə

Həyatda da artist olar?

Səməndərli

Həyat bir səhnədir, biz hamımız artistik.

Firuzə

Hansı dükana prikripitsən?

Səməndərli

Xalqın dükanına, məni xalq dolandırır.

Firuzə

Keç məsul işçilərin dükanına!

Səməndərli

Sənin əmrin mənimçün qanundur, xanım. Hara deyirsən, keçərəm. Həyat bir mənzildir, biz hamımız bu həyatda köçəriyik.

Firuzə

Məzəli danışırsan ey, heç o külbaş bu cür danışmağı bacarmırdı.

Səməndərli

Yaxşı, bizim bu xoşbəxt toyumuzda sənin qohumqardaşlarından biri iştirak etməyəcək? Məsələn, qardaşın?

Firuzə

Hansı qardaşım?

Səməndərli

Məhkəmə sədri sənin qardaşın deyil?

Firuzə

Kamalı deyirsən? O mənim ögey qardaşımdır. Aramız yoxdur. Neçə ildir ki, bu Qurbanın üstündə küsülüyük.

Səməndərli

Küsülüsən? Nahaq! Günü bu gün barış. O cür qardaşı adam əl üstündə saxlayar. Ögey olanda nə olar ki?

Firuzə

Yaxşı, barışaram.

Səməndərli

Hə, bu ayrı məsələ. Gedək, ey mənim zülfisiyahım. (Qənbər içəri girir) Yox, hələ getməyək. Sən ceyran yerişləri ilə xırda-xırda yeri, mən də bir saniyədən sonra özümü çatdıraram.

Firuzə

Nə oldu ki?

Səməndərli

Bu yoldaş kolxozçunun mənimlə ikicə kəlmə sözü var.

Firuzə

Bu kolxozçu niyə olur ki? Qənbərdir də. Qənbər, xoş gördük.

Qənbər

Xoş gününüz olsun, xanım.

Firuzə

Mən gedirəm, Səməndərli, tez gəl.

Səməndərli

Bu dəqiqə gəlirəm.

Firuzə çıxır.

Qənbər

Heç uduzmamısan, Səməndərli. Arvadlığı da pis deyil.

Səməndərli

Görürsən? Qurbanov kimi canavarın əlindən onu elə çəkib qopartdım ki, özü də məəttəl qaldı. Bu gün gedib qardaşı ilə tanış olacağam. Qohumluqda gərək məhkəmədəki işləri ondan alıb öz əlimlə yandıram. Yanğın var, yanğın...

Qənbər

Çığırıb camaatı başımıza yığma. İşləri tez rədd eləmək lazımdır. Mən heç, mən çox o cür ütülərdən nəm çıxmışam. Amma sən birinci dəfəsən, gedərsən, gəlməzsən. Taxıl üçün müştəri görmüşəm. Anbar Hüseynin də pulları hazır. Tez ol tap, verim başdan olsun.

Səməndərli

Hardadırsa, gəlib çıxar, yaxşı, birdən Firuzənin qardaşı razı olmadı. Evimiz yıxılar ha...

Qənbər

Axmaq olma. Pulun ucunu göstər, əl quzusu kimi dalınca gələcək. (Hüseyn içəri girir)

Hüseyn

Qənbər? Oğlan gəlmisən, qız?

Səməndərli

Siz haqq-hesablaşın, çeşmi xumarım gözləyir, mən getdim.

Qənbər

Tez qayıt. Bu gün gərək zəhrimarları çıxardaq.

Səməndərli

Bu saat. İldırım sürətilə.

Çıxır.

Qənbər

Gör nə özünü oda vurur. Elə bilir buradan ona bir şey düşəcək. Qənbər ölüb də...

Hüseyn

Pulları ver, mən yerbəyer eləyim. Sonra gələn olar.

Qənbər

Bir qəbz yaz, bir ətək puldur, kişi gərək işini ehtiyatlı görsün.

Hüseyn

Di, onda gəl anbara.

Rəhilə içəri girir.

Rəhilə

Sizdən kiçik bir məlumat almaq lazımdır, Hüseyn yoldaş!

Hüseyn

O xoşbəxtlik mənə haradan üz verib? Sən get, Qənbər dayı, mane olma. Mən bu saat gəlirəm.

Rəhilə

Qənbər sizsiniz?

Qənbər

Bəli, xanım. Bir qulluğunuz varsa, buyurun.

Rəhilə

Deyirlər, siz adınızı yalandan kolxozçu qoymusunuz.

Qənbər

Xeyr, xanım, mən xalis kolxozçuyam. (Hüseynə) Danışsan dilin qurumaz ki?

Hüseyn

Qənbər öz adamımızdır, Rəhilə xanım, bir papaq eləsəniz, bütün kənd axıb ayaqlarınıza tökülər.

Rəhilə

Ancaq Qənbər tərsinə eləyir, kənddən bura taxıl gətirməkdənsə, buradan taxıl çıxardır. Özü də saxta buraxılış vərəqəsilə.

Qənbər

Rəhilə xanım, bu mənim adıma böhtandır.

Hüseyn

Qənbər dayı, zəhmət çək, cavanların söhbəti var.

Qənbər

Gedirəm, gedirəm, bala, mane olmaram...

Çıxır.

Hüseyn

Əmriniz, Rəhilə xanım! Hüseyn bütün anbarilə qulluğunuzda kəmər bəstədir.

Rəhilə

Bu necə işdir, Hüseyn yoldaş, iki kağızın ikisində də sənin yazdıqlarınla mənimki düz gəlmir. Səninkilərdə rütubət artıb.

Hüseyn

Rəhilə xanım, gərək çoxdan hiss eləyəydiniz ki, sizi görəndə mənim rütubətim də artır, hərarətim də...

Rəhilə

Səninlə işim yoxdur, taxılın rütubətinin artmağı pisdir.

Hüseyn

Rəhilə xanım! Taxılın rütubətinin artmağına da səbəb sizsiniz. Anbarda oturub o qədər ağlayıram ki, göz yaşım hökumətin taxıllarını isladır. Anbarda, əgər istəyirsiniz ki, hökumətin taxılı rütubətsiz olsun, əvvəlcə mənim göz yaşlarımın qabağını saxlayın.

Rəhilə

Çox mənasız danışırsan. De görüm, bu necə məsələdir? Bəlkə anbara siçan dadanıb? Düzünü de... Düzünü de...

Hüseyn

Rəhilə xanım, səbir eləyin, on dəqiqədən sonra anbar Hüseynin necə oğlan olduğunu mən sizə sübut eləyəcəyəm.

Murad və Ağazadə içəri girirlər.

Ağazadə

Nə ilə sübut eləyəcəksən ki?

Hüseyn

Heç... ayrı söz danışırdıq. Salam, yoldaş Ağazadə!

Ağazadə

Salam təbiidir, nə olub, Rəhilə?

Rəhilə

Bir balaca söhbətimiz var idi.

Qənbər (səsi gəlir)

Ay Hüseyn, məni avara qoyma axı.

Hüseyn

Gəlirəm, Qənbər dayı, bu saat. (Çıxır)

Ağazadə

Nə olub, Rəhilə? Əsəbisən?

Rəhilə

Başlarını soxublar kola, quyruqları görünür, xəbərləri yoxdur. Dünənki materiallarla tanış oldun?

Ağazadə

Prokurordadır. Necə? Yoxsa təzə iş açılıb?

Rəhilə

Gülümovu günü bu gün məsuliyyətə almaq lazımdır.

Ağazadə

Sən darıxma, Rəhilə. Bu gün-sabah Qurbanovun bu baqqal dükanını bağlayarıq, alver kəsilər. Mən yoxlamanı qurtarıb bütün məsələni raykom katibinə danışmışam. İndi çalışmaq lazımdır ki, bunlar axırlarını hiss eləyib şey-şüy çıxarmasınlar. Əli kişi haradadır? O mənə lazımdır.

Çıxır.

Rəhilə

Murad? Niyə dinmirsən?

Murad

Rəhilə, sənə çox sözüm var, amma deməyə utanıram.

Rəhilə

Niyə utanırsan ki? De görək nə var?

Murad

Hamısını bu məktubda yazmışam. Oxu, cavabını ver.

Səməndərli ilə Hüseyn içəri girirlər.

Rəhilə

Cavabı hazırdır. Mən də yazmışam. Al sən də bu məktubu oxu.

Murad

Cavabımı tez verərsən ha...

Rəhilə

Yaxşı...

Murad

Yenə dedi işim var. Vaxtının bir dəqiqəsini də mənə sərf eləsən nə olar? (Hərəsi bir tərəfə çıxır)

Səməndərli

Gördünmü, ey bədbəxt, kar da səni mindi.

Hüseyn

Gördüm, gördüm. Ölən günümdür, Səməndərli! Bu kara zəhər verib öldürməsəm, kişi deyiləm.

Səməndərli

Boş danışma. Onsuz da, kişi deyilsən. Zəhər... elə şeyləri böyük pyeslərin qəhrəmanı eləmir. Sən heç birpərdəli pyeslərin də qəhrəmanı olmağa layiq deyilsən. Axmaq!

Hüseyn

Bəs mən neyləyim axı? Yanıram, özüm də tələsirəm.

Səməndərli

Qıza pul göstərmək lazımdır. Gedək. Hazırlaş. Yarım saata kimi pul qıza verilməlidir.

Hüseyn

Paltarımı da təzələyim?

Səməndərli

Mütləq. Gedək...

Çıxırlar. Qurbanov və Gülümov içəri girirlər.

Qurbanov

Bura gəl görək, Gülümov, gör Qurbanovun başında nələr var.

Gülümov

Nə deyirlər axı, yoldaş Qurbanov?

Qurbanov

Nə bilim? Deyirlər, guya mən idarəni ələ salmışam. Qumrunu öpmək istəmişəm.

Gülümov

Baho, böhtan bu dünyanı dağıtmır, yaxşıdır.

Qurbanov

Halbuki, dişinə baxmaq istəyirdim ha... Cavan qızdır. Dişləri xarab olmasın, qayğı, insan qayğısı... Amma Gülümov, iş ki, bu pilləyə mindi, Qumrunu alacağam, acığnan, çağır onu bura görək.

Gülümov

Bir az səbir eləyin, yoldaş Qurbanov.

Qurbanov

Səbirdən keçib. Daha bir dəqiqə dayanmaq olmaz. Əvvəllər onu siyasət ilə almaq istəyirdim. İndi iş prinsipə düşüb. (Qumru içəri girir) Aha, Gülümov, bizi tək qoy, özü öz ayağı ilə gəlib çıxıb.

Gülümov

Baş üstə, cürətli olun... (Çıxır)

Qumru

Yoldaş Qurbanov, alın, bu mənim ərizəm, məni işdən çıxarın.

Murad içəri girir.

Murad

Buyurun, yoldaş Qurbanov.

Qurbanov

Nəyi buyurum? Mən səni çağırdım?

Murad

Bəli.

Qurbanov

Çağıranda gəlmir, çağırmayanda gəlir. Sənin qulağına səs düşüb, bala, get, işimiz var.

Murad

Baş üstə, özü çağırır, özü də deyir get.

Çıxır.

Qumru

Yoldaş Qurbanov, məni məəttəl eləməyin. Bu cür başsız idarədə işləmək istəmirəm.

Qurbanov

Qumru! İstəyirsən mənim ürəyim partlasın? Axı yoldaş nədir mənə deyirsən? Mənə de Qurban, mənə de, Qurbancığım. Mənə bir naz elə, küs, barış.

Qumru

Yekə kişisən, utanmırsan, qızın yerindəyəm.

Murad gəlir.

Murad

Vaxtınız varsa, kağızları gətirim qol çəkin, yoldaş Qurbanov.

Qurbanov

Əşi, bu nə kələkdir mən düşmüşəm? Nə gir-gir girləyib məni, nəfəsimi almağa qoymur. Gülümov! Ay Gülümov.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əllər

Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.

19637 мин
Qanlı məktub

Əlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.

19635 мин
Darvaza dram cəmiyyəti

Bizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.

19636 мин
İlk tamaşa

Gülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.

9 мин

Стихи других поэтов