توتولموش کونلوم جام ایله شادان ایلمک اولمازال ایلن پسته نین آغزینی خندان ایلمک اولماز

Tutulmuş könlümü cam ilə şadan eyləmək olmaz,Əl ilən püstənin ağzını xəndan eyləmək olmaz.

نه سوز دوربو که اولسون صاحب مشرب قوری زاهدقرا توپراغی هرگز آب حیوان ایلمک اولماز

Nə sözdür bu ki, olsun sahibnəzər zühhad,Qara torpağı hərgiz abi-heyvan eyləmək olmaz.

بولوت قیلان کسر جولان ایدنده ایلدیریم تیغیکونوللر پرده سینده عشقی پنهان ایلمک اولماز

Bulut qılan kimi cövlan urar da ildırim tiği,Könül pərdələrində eşqi pünhan eyləmək olmaz.

منیم گوزیاشیمی چیقگیل فلک لردن تماشا قیلحبابی قصرلر ایچینده طوفان ایلمک اولماز

Qılınc gər içsə aləm qanının sirablıq bilməz,Səni üşşaq qətlindən peşiman eyləmək olmaz.

قلیج گر ایچسه عالم قانینی سیرابلیق بیلمزسنی عشاق قتلیندن پشیمان ایلمک اولماز

Mənim göz yaşımı çıxgil fələklərdən tamaşa qıl,Hübabi qəsrlər içində tufan eyləmək olmaz.

من مجنونی عاقل ایلمک ممکن دگول ناصحسوز ایلن مشک ناب اولان قانی قان ایلمک اولماز

Məni-Məcnuni aqil eyləmək mümkün deyil, naseh,Söz ilən müşgi-nabi, qan ki, bir qan eyləmək olmaz.

Макта — последний бейт с тахаллусом поэта. خطادن کیچدی جیران قانینی مشک ایلدی صائبدیمه عصیانی طاعت، کفری ایمان ایلمک اولماز

Макта — последний бейт с тахаллусом поэта. Xətadan keçdi ceyran qamnı müşk eylədi Saib,Demə, üsyanı taət, küfri iman eyləmək olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов