Sən, ey atəş vücudlu, oynaq atım!Ey ildırım baxışlı qol-qanadım!Biz türklərə saldırıcı babamızİki ağır miras buraxmış yalnız:Biri dəmir silah. Birisi atdır.Biz türklərə bunlar iki qanatdır.Bunlar ilə yüksəklərə uçarız,Üç dünyanın tilsimlərin açarız.Qovunca biz yeriyinin üstünə,Qeysərlərin, kəsirlərin təxtinəSahib olan fateh dövri alarız,Arslandan, qartaldan tük çaldırarız.Kədərli, şən nümayişli günümüzdəAyrılmaz arkadaşsınız hər siz də.Bulunduğumuz qovğalarda nə kadarNəqş etdin qəlbimə xoş xatirələr.Uzaqlardan görüncə həp düşməniÇeyniyordu cəlavənin kəmini.Qulağını qırpar, yeri eşərdin,İldırımlı bulut kibi kişnərdin.Üzənginə ayağımı basıncaÇilan kibi sıçrardın, göz açınca.Şahin kibi həm qol-qanad açardın,Dörd ayaqla hava ilə uçardın.Bən düşməni qılıncımla, qurşunla,Sən çeynərdin dırnağınla, dişinlə.Doyulunca sonra hər yanda zəfər,Ona qatardın düşməni sərasər.Şən və müzəffər bir sima alardın,Cəbhələrdə kişnər, meydan sulardın.Fəqət şimdi nədən oynaq dik başınDalğın durur? İldırımlı baxışınŞimdi nədən aşağıya dikilmiş?Qara yallı təmiz boynun bükülmüş?O narıncı, parlaq atlas tüklərin,Tikan kibi qabarmış kipriklərin.Bir top sivri iynə kibi düzülmüş,İldırımlı, qara gözlər süzülmüş.Yara almış qartal kibi bakarsın,Gözlərinlə sönük şimşək çakarsın.Atlıları anan cilan gözlərin,Süslü ayaqların, incə dizlərinYorğun-yorğun, ölgün kibi duruyor,Bu halların ümidlərmi qırıyor.Bilməm ki, kaç tarixi xatirələrHiddətli son baxışlarında titrər.İnanmazdım ki, bir səlik, bir qurşunO atəşli vücudunu soldursun.Son nəfəsdə qoy başını dizimə,Oxşayayım, sürtəyim üz-gözümə.Bən mərsiyə qoşub sənə ağlamam!Deyəcəyim son sözümdür, vəssəlam!Vəzifəni pək namusla bitirdin,Bir bəxtiyar şəhid kibi can verdin.Lakin görələr hala hücum topları,Bizimkilər dırmanır dağ yuxarı.Vicdan səsi kibi bus səs də titrər,Bəni də şübhəsiz hücuma səslər.Halal elə, arkadaşım, bağışla!Getməliyəm, yoldaşını alqışla!Vəzifəmdir bu yoldan yoxdur dönüm,Şanlı zəfər… ya şərəfli bir ölüm!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XIV

Xasayın Rəcəblə bərabər hara və nə üçün getdiyini bilmədiyindən Badam çox rahatsız idi. Oğlunun yolunu çox gözlədi, gəlib çıxmadı. Onun səhərə qədər gözlərinə yuxu girmədi. Rəcəb qaçaq olduğu gündən evə qarşı çox soyuq idi. Evin bütün zəhməti onun üzərinə düşmüşdü. Bir tərəfdən Rəcəbin qapıçılıq vəzifəsini görür, küçəni, həyəti süpürüb təmizləyir, bir tərəfdən qonşulara su daşıyır, boş vaxtlarında da qapıda qutusunu qarşısına qoyub alverini edirdi. İşə alışmamış olan Badam bu ağırlıqların altında yorulub əzilirdi. O, səhərə qədər öz vəziyyətini və Xasayı düşündü.Badam səhər yerindən xəstə kimi qalxdı. Həyətə çıxdığı zaman onu Xasayla Kamil müəllim və bir də tanımadığı bir kişi qarşıladı. Badam Xasayı görüncə:

19353 мин
XV

Badam təzə xidmətindən çox məmnun idi. “Fabrik işlərinin bu qədər maraqlı olduğunu bilmirdim, yoxsa çoxdan girmişdim” – deyirdi. O indi iclaslara gedir, yoldaşları ilə yarışır, staxanovçu olmağa çalışırdı. Fabrik həyatı, əmək və sənət onun görüşünü, xasiyyətini, vərdişlərini gündən-günə dəyişirdi. O, indi əvvəlki tənbəl, bacarıqsız, biliksiz Badam deyildi; girir-çıxır, yeni həyat və quruluşun hər üzünü, hər səhifəsini öyrənməyə çalışır. savad məktəbinə gedirdi.Badam fabrikdə təmizlik briqadasına üzv seçilmişdi. Briqada üzvləri qərara almışdı ki, əvvəlcə öz evlərini gəzsinlər. Bu qərar Badamı çox qorxutmuşdu. Özü briqada üzvü olduğu halda, ev-eşiyi təmiz olmazsa, yoldaşlarının yanında qızaracağından qorxurdu. Odur ki, işdən evə gəlincə ev-eşiyi süpürdü, təmizlədi, şeylərin üstünü sildi. Xasayın və Zinyətin iş köynəyini dəyişdirdi. Stolun üstünə yeni süfrə sərdi, çarpayılara ağ mələfə çəkdi. Divardan üç üz silən asdı. Bu çalışmalarda qızı Zinyət də ona kömək edirdi. Badam evinə-eşiyinə baxıb sevinə-sevinə:

19354 мин
XVI

Kamil getdikdən sonra Xasay qəzetə bükülü bəxşişi açdı. Corabdan tutmuş papağa qədər hər şey alınmışdı. Hətta paltarın içərisinə bir qutu konfet də qoyulmuşdu. Xasay şeyləri götürüb o biri otağa keçdi. İş köynəyindən tutmuş coraba, çəkməyə qədər dəyişdi. Yeni paltarı ona çox yaraşırdı. Otaqdan çıxınca anası, bacısı ona baxıb “sağlıqla geyin” – dedilər.Konfet qutusunu açdı, gülə-gülə:

19355 мин
Birinci məclis

Səhnə Pəri xanımın ağaclı, güllü həyətini təsvir edir. Dursun əlində bir səbət*alma qapıya yanaşıb, itələyir, qapı açılır. Ətrafa baxıb heç kimi görmür.*

19127 мин

Стихи других поэтов