Asta yeri, izin ilə gəzən var,Ayaq saxla, dərdim bil, qadan alım.Mən sənə can deyim, sən də mənə yar,Hərdən şirin-şirin gül, qadan alım.

Eşqinlə yaşadım uzun illəri,Məcnuntək dolandım sizin elləri.Görmürəm üzünü nə vaxtdan bəri,Axan göz yaşımı sil, qadan alım.

Məmmədhüseynin eşqi, sözü, istəyi,Xoş arzusu, xoş söhbəti, diləyi,Gəl insafa, at üzündən örpəyi,Həsrətli könlümü al, qadan alım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви