Ey qələm! Yazmada atəşbar ol!Ey dili-qafil! Oyan, huşyar ol!Gör sənayedəki ecazatı.Xatirindən sil o mövhumatı –Ki, edibdir səni tənbəl, atil,Bildiyin çunü çəradır, batil.Etiqad etmə qəzayə, qədərə,Ömrünü verdi bu sözlər hədərə.“Bəxt”, “qismət” kimi əlfazı unut,Səy ilə bazuyi-iqbalını tut.Nərəyə istər isən zorla apar,Mərkəzindən yeri lazımsa qopar.Yoxdur aləmdə bu gün əmri-məhal,Elmü fənn ol sözü etmiş ibtal.Elminə, qüvvətinə hər kişinin,Bağlıdır bəxti, rəvacı işinin,Nərəyə bağlamısan niyyətini,Sərf qıl elmlə var qüvvətini.Bil ki, məqsudə olarsan vasil,Yerdə, göydə, nə isə əlhasil.Kəsb qıl elmü hünər, səyü əməl,Ta ki, hər müşkilin olsun münhəll.Elmdən şəhpər açıb pərvaz et!Məsədət rütbəsini ehraz et!Olsun aləmlərə hökmün nafiz,Qalsın əmrində təbiət aciz.Qüvvəyə bağlıdır aləmdə həyat,Qüvvədən nəşət edir mövcudat.Qüvvətin varsa, yaşarsan məsud,Yoxsa, şəksiz, olacaqsan nabud.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе