Dördüncü hissə, 30. Komandir
Bu dünyada bir kimsəyə minnətim olmadı, Sevincdən başqa. Biz, əslində, sənəddə evli idik, həyatda deyil. Bir-birimizdən ayrı düşmüşdük və bəzən işlərim o qədər çox olurdu ki, ayların necə keçib-getdiyini bilmirdim. O, həm evi-uşaqları idarə edirdi, həm də bir gözü mənim üstümdə olurdu. Özünə zarafatla “əsgər anası” deyirdim. Doğrudan da, anam nə edərdisə, Sevinc onu edirdi. Əlində zənbil xidmət keçdiyim yerlərə gəlir, əsgər valideynləri kimi məni gözləyib görüşürdü. Yaxşı ki, Zabil varmış. Mən evimdən birinci Sevincə, ikinci Zabilə görə arxayın idim. Yoxsa xidmət eləyə bilməzdim.
Zabil arada məndən möhkəm incimişdi. Toyumda çağıra bilmədiyim üçün. Açığı, deyə bilərdim, amma utandım. Əsgərlikdə idi. Haramıda qulluq edirdi. Fikirləşdim, necə zəng vurum, deyim, toy eləyirəm, qardaşıma icazə verin? Bəlkə, toy başqasının olsa, edərdim. Alınmadı. Və bir gün atamdan eşitdim ki, Zabil məndən inciyib, özü də açıq şəkildə bəyan edib: “Mənim o adda qardaşım yoxdur!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-30-komandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zabili görəndə ürəyim yerinə gəldi. İnşallah, anam da gəlib çıxardı. Hələ kənd tərəfdə qaraltılar görünürdü. Düzdür, bunların çoxu döyüşçülər idi, amma arada kənd adamları da gözə dəyirdi.Zabil suya-palçığa batıb tanınmaz hala düşmüşdü. Üstəlik ağlayırdı. O, dəhşətli hadisə görüb qorxmuş lal adama bənzəyirdi. Nəsə demək istəyirdi, bacarmırdı. Ağzını bir neçə dəfə açıb-yummaqla kifayətləndi və islanıb alnına yapışmış saçlarını qarışdırdı. Qohumlarsa təkidlə ondan anamı soruşurdular. Dedim, dəyməyin, bir az toxtasın, danışacaq.
Birinci hissə, 4. SevincOnunla heç vaxt anası haqqında danışmağa ürək eləmirdim. Ana kəlməsi işlənəndə dəyişib başqa adam olurdu. Susurdu. Qüssələnirdi. Tək qalmaq istəyirdi. Anası yalnız ona aid olan sehrli bir nəğməydi. Bölüşmürdü bu nəğməni. Sehrini itirəcəyindən qorxurdu.Briqada komandirliyindən çıxarıldığı gün dedim, ərizəni yaz, orduyla vidalaş, sənin dəyərini bilən yoxdur. Həm də yaşlanırıq artıq, uşaqlarımız böyüyür. Sən bu vətənin borcunu artıqlaması ilə vermisən.
Birinci hissə, 5. KomandirKənddəki həyətimizdə güllələdiyim qara pişik yenə yuxuma girmişdi. Qulağından və ağzından qan axa-axa çığırırdı. Ömrümün lənəti idi bu pişik! Hər dəfə yuxuda görəndə başıma ağır bir hadisə gəlirdi. Bir dəfə ayağımdan yaralandım, bir dəfə qılçalarıma qəlpə doldu. Onda Özbəkistandan təzə gəlmişdim. Sovet hərbi hissəsini icazəsiz tərk etdiyimə görə başımı sığallamayacaqdılar. Amma mən heç kimdən yox, atamdan çəkinirdim. Ona nə deyəcəkdim? Vətən, torpaq nağılları qulağına girməzdi. İcazəsiz gəldiyimə görə hərbi tribunaldan əvvəl özü cəzalandırardı məni. Aranzəmin döyüşlərində yaralananda da bunu atamın qorxusundan hamıdan gizlətmişdim. Atam bilsə, yaxamdan tutub soruşacaqdı: “Aranzəmində nə gəzirdin?” Axı o, məni öz ayağıyla batalyona gətirib, piser qoydurmuşdu. İşim-gücüm yazı yazmaq olacaqdı.Kişinin məntiqinə baxın!
Birinci hissə, 6. Əsgər QasımovHərbi anddan sonra xidmətə yenicə başlamışdım, dedilər, batalyon komandiri mayor Orucov səni çağırır. Getdim. O, hərbi hissənin həyətindəki çardaqda oturmuşdu. Yanına qalxdım, hərbi salam verdim. Gözlərinə baxanda içimdən üşütmə keçdi. O gözlərin dərinliyində həm adamın canına üşütmə salan zabitə vardı, həm də arxayınlıq verən canıyananlıq. Bəzənsə bu gözlərdə nisgil kölgələnirdi. Baxışlarının belə rəngarəng mənalar verməsinin sirrini anındaca açdım; istəyəndə humanist, istəyəndə zəhmli baxa bilir. Baxışları kiriyəni ağlatmaq, ağlayanı kiritmək gücündəydi. Sonralar bu möcüzənin canlı şahidi oldum! İki əsgər dalaşmış, biri o birini möhkəm döymüşdü. Döyülən əsgər zülüm-zülüm ağlayırdı. Yanına çağırdı onu. Üzünə necə şəfqətlə baxdısa, əsgər göz yaşlarını silib gülümsündü. Dalınca onu döyən əsgər gəldi otağına. Baxışlar tərs üzünə çevrildi. Əsgər nə edəcəyini bilmədi. Gah otağın küncünə baxdı, gah öz əllərinə, gah mənim sifətimə və arada da Orucovun ox kimi ona sancılan masmavi gözlərinə! O, susurdu, ancaq baxışlarındakı sərtlik azalmırdı. Bir kəlmə danışmaması əsgəri daha da həyəcanlandırırdı. Və əsgərin əlləri əsdi, dodaqları səyridi, nəfəsi tıncıxdı, hönkürüb ağlamaqdan özünü saxlaya bilmədi.Bəli, Orucov istəyəndə qəddar, istəyəndə xeyirxah baxışlarla baxa bilirdi, lakin gözlərindəki nisgili gizləməyi bacarmırdı. O nisgil ondan icazəsiz hopmuşdu baxışlarına.
Стихи других поэтов
Adəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Nə aləm indiEşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara