Boynuma alıram ki, o sözü demişdim. Haqqım vardı. Belə şey olar? Qardaşın ölkənin ən tanınmış zabiti ola, ad-sanı hər yana yayıla, səni toyuna çağırmaya! Mənə üç günlük icazə almaq onun üçün çətin deyildi. Heç yadına düşməmişəm.

Necə incimişdimsə, deyirdim, onu qəbir evinəcən bağışlamaram.

Haramı düzünün ortasında qulluq edirdim. Çörək anbarına baxırdım. Möhkəm yağış yağmış, yollar qırsaqqız palçıq olmuşdu. Əhmədbəylidən çörək gətirən “Qaz-53” qaranlıq qovuşanda gəlib çıxdı. Arxasını anbara verib dayandı. Əlimdə fənər maşına yaxınlaşdım. Yük yerinin qapısını açıb fənər işığını içəri salanda dəli oldum: qardaşım burdaydı!

Üzünü qırışdıraraq həmişəki doğmalıqla güləndə yuxu görmədiyimə əmin oldum. Atılıb boynuma sarıldı. Qarovuldakı əsgərə əliylə səs salma işarəsi verib, otağında dincələn komandirimin yanına keçdi. Qapını açan kimi səsi aləmi götürdü: “A kişi, artırmırsan? Yanına kapitan gəlir, ayağa qalx, “çest” ver!” Komandirim məndən də çox həyəcanlandı. “Orucov sənsən?!” - deyib ayağa qalxdı.

Kursant yoldaşı imişlər.

Onunla qardaş olduğumu heç kim bilmirdi. Ona görə, gecənin bu vaxtı Haramıda peyda olması komandirim üçün əsl möcüzəydi. Sonralar etiraf etdi ki, onun düşmən üzdən biz tərəfə adladığını düşünüb və həyəcanlanıb.

Mənə bir həftəlik məzuniyyət aldı. Çörək maşınıyla Əhmədbəyliyə gəldik. Ordan hərbi maşın bizi Daşburuna, qardaşımın bir dostunun evinə apardı. Gecəni qaldıq, səhər cibxərcliyimi verib məni taksiyə otuzdurdu və Sumqayıta yola saldı. Dedi, özüm gələ bilməyəcəm, hərbi hissəyə qayıtmalıyam. Sağollaşıb ayrılanda səsini qaldırdı:

“Zabil!”

“Ha can!” - hiss elədim ki, nə qədər desəm də, ondan inciməmişəm.

“De görüm, məni bağışladın?”

“Bağışladım!”

Güldü, “Atamgilə salam deyərsən” söyləyib yolu o üzə keçdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 28. Komandir

“101”-dəki hərbi hissədə hamam tikmək arzumu gerçəkləşdirə bilmədim. Maaşımdan Zabilin ayaqqabısının haqqını, yolpulunu, cibxərcini çıxanda yerdə bir şey qalmırdı. Bir az da evə kömək elədim. Balaca-dar otaqda güzəranları elə də yaxşı keçmirdi. Pulu atama verməyə utandım. Bibimə verdim. Anam ölən gündən bibim bizim evdə qalır, atamın, qardaşlarımın qayğısını çəkirdi.Taqımın əsgərləri bağışlasın, bir az da kirli gəzməli olacaqlar. Ancaq mən bu hamamı əvvəl-axır tikəcəkdim. Yazıq Vəzirov hamam deyəndə hamı ona gülürdü. Elə biri mən özüm. İndi anlayıram ki, rəhmətlik necə müdrik sözlər deyirmiş.

20181 мин
Üçüncü hissə, 29. Kapitan Rəşidov

Təlim əməliyyatının ideyasını gözlənilmədən tapdım. Demək, ailəmlə birlikdə Toğanada qalırdım və hər gün səhər tezdən bölüyə piyada qalxırdım. Maddi-texniki təchizat bölüyünün qarajı yolumun üstündəydi. Orda çoxlu it vardı. Hər səhər hürə-hürə mənə tərəf qaçır, rahat getməyimə imkan vermirdilər. Qarovulda duran əsgərlərin itlərə təpinməməsi mənə pis təsir edirdi. Biriki dəfə iradımı bildirsəm də, xeyri olmamışdı.Bir gün Orucovu çağırdım, dedim, gecə təlimi keçəcəyik, bu da koordinatlar. Burda qarovul var, burda itlər, qarovulçunu əsir almalı, itləri tutub gətirməlisiniz. Tapşırığı verdim və axşam evə gəldim. Səhər qalxanda gördüm, hər tərəf sakitlikdir. Maddi-texniki təchizat bölüyünün komandiri bizim bölüyün həyətində gileylənə-gileylənə vurnuxurdu:

20181 мин
Üçüncü hissə, 30. Komandir

İnanmayacaqsınız, gecə təlimində Əsgər Rəfiyev ağlagəlməz qəhrəmanlıq göstərdi. Sən demə, itlərdən qorxmurmuş və onları ovsunlamağın yolunu bilirmiş. Beş-altı itin hamısını o tutdu. Qarovuldakı əsgərləri isə Qırğı ilə Səfərov götürdülər. Heç cınqırlarını çıxarmağa imkan vermədilər.Gecə təlimindən sonra Gizir Səfərovun Əsgər Rəfiyevlə amansız zarafatları yenidən alovlandı. O, məni yanlayıb fınxıra-fınxıra deyirdi:

20183 мин
Üçüncü hissə, 31. Gizir Səfərov

Doğrudan da yorulmuşdum. Gör neçə il idi, səngərlərdəydim. Taa 91-ci ildən. Beş ildən artıq eləyirdi. Bəs idi. Evə qayıdıb bir iş tapmaq, ailə qurmaq, oğul-uşaq sahibi olub, sadə insanlara qarışmaq istəyirdim.Canavar yalının üstündə burnuma, qulağıma su dolduğu üçün hələ də “tın-tın” danışırdım. Komandirin təşkil elədiyi yolasalma məclisində çıxış eləyəndə dedim, “tın-tın” adamdan kəşfiyyatçı olmaz! Mən artıq burnunda danışan qoca bir kişiyəm! Haqqınızı halal edin. Bir balaca gözlərim də doldu! Çıxışımı bu pafoslu sözlərlə bitirdim:

20181 мин

Стихи других поэтов