Dördüncü hissə, 35. Xanı
Düz iyirmi il əvvəl yanında meyit, biz olan maşına əl eləyən sarıyanız, göygöz oğlanı Ağdamda “kambriq” kimi qarşılayırdım. Bir-birimizi qiyabi tanıyırdıq. Mən də buraların adlı-sanlı kəşfiyyatçısı idim.
“Demək, məşhur Xanı sənsən!” - ilk sözü bu oldu, əlimi sıxdı.
“Mənəm, komandir!” - mən də onun əlini sıxdım.
Briqada komandiri kimi ilk işi məni də götürüb ön xəttə çıxmaq oldu. Biz düşmənə görünməmək üçün maşının rahat gedəcəyi postu seçdik. Yolda qabağımıza araba qoşulmuş uzunqulaq çıxdı. Arabanın üstündə böyük su qabı vardı. Ensiz yolda maşın keçib gedə bilməzdi. Mən düşdüm, uzunqulağı yedəkləyib geri qaytardım. Komandir maşınla ardımca gəldi. Əsgərlər ilk dəfə ön xətdə briqada komandiri görürdülər. Ona görə çaşıb qalmışdılar. Qalxıb sıraya düzüləndə komandir onları danladı:
“Allahın heyvanı sizin üçün su gətirib, yiyəsiz geri ötürürsünüz...”
Başlarını aşağı saldılar.
Blindaja girdik. Əsgərlərin vəziyyətini görüb kədərləndi. Çoxlu suallar verdi. Postun giziri bütün problemləri çəkinmədən sadaladı. Komandirin boğazı qurudu. Bir stəkan su istədi. Su yox idi! Sən demə, əsgərlər ərindiyindən arabadan su da götürməyiblər. Uzunqulaq gözləyib-gözləyib, heç kimin çıxmadığını görüb, geri qayıdıb.
Başını buladı, heç nə demədi. Onun səsini bir də maşına oturub postdan xeyli aralananda eşitdim:
“Xanı, bu uzunqulağı bu uşaqların əlindən, bu uşaqları da bu uzunqulağın əlindən xilas eləməsək, işimiz alınmayacaq.”
Beləliklə, Ağdamda hərbi hissənin gücləndirilməsi işi başladı. Birinci, ön xətt möhkəmləndirildi; səngərlər qazıldı, postlar düzəldildi, atəş və müşahidə mövqeləri yaradıldı. İkinci, postlara su, üçüncü, yol çəkildi. Dördüncü, qamışdan və çiy kərpicdən tikilmiş kazarmalar hər şəraiti olan daş tikililərlə əvəz olundu. Beşinci, maşınların postlara təhlükəsiz getməsi üçün torpaq sədlərin tikintisi başlandı.
Uzunluğu yüz əlli-iki yüz, hündürlüyü dörd-beş metr olan torpaq istehkamların yaradılması əvvəlcə inanılmaz görünürdü. Üst-üstə əlliyə yaxın postun hər birinin arxasında çəkiləcək bu sədlərin sayəsində həm də dinc əhali hektarlarla ərazidən təhlükəsiz istifadə edəcəkdi.
Heyif, işi başa çatdıra bilmədik. Başımıza gələn faciə hər şeyi alt-üst etdi. Torpaq sədd çəkməyə gedən istehkamçıların maşını gecəylə hücuma məruz qaldı, dörd əsgərimiz şəhid oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-dorduncu-hisse-35-xani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əsgər Mazanovun bələdçiliyi çöl divarına “101” yazılmış tuneldə sona çatırdı. Buralar artıq mənim tanıdığım yerlər idi. Murova gələndən təmas xəttini üç-dörd dəfə Zoda gedən maşın karvanlarını müşahidə etmək üçün keçmişdim. Kəlbəcərin qızıl dağlarında qızğın iş gedirdi. Bir az müşahidə edəndə, deyirdin, uzağı, on günə yaxın ətrafdakı dağları daşıyıb aparacaqlar. Qızıl mədənlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq yollarda “cücə” yaxalamaq mümkün idi. Mən tuneldən son vəziyyəti yoxlamaq üçün çıxmışdım. Zod tərəfdən gəlib qızıl yataqlarına qalxan dolama yolları müşahidə edəcəkdim.Gəlib-gedən maşınların işıqları görünürdü. Bəzi mədənlərdə traktorların da işığı nəzərə çarpır, diqqətlə qulaq asanda səsi eşidilirdi. Hava ağaranda hər şey aydın göründü. Budur, dağ yolları üçün nəzərdə tutulan “alabaş” avtobus səhər növbəsinin işçilərini mərkəzi meydana gətirdi. Avtobusdan əvvəl üç silahlı hərbçi düşdü, dalınca fəhlələr, mühəndislər. Yaxınlıqda polis maşını görünür. Üstü “miqalka”lı ağ “Niva”dır.
İkinci hissə, 27. Gizir SəfərovDeyirəm, tunelin havası mənə düşür, özümü gümrah hiss edirəm, Qırğı o yandan qayıdır ki, ayısan, ona görə, mağarada xoşbəxt olursan. Onda sən də quşsan, uç, qon budağa! Dəhşətdilər! Adamı anlamaq istəmirlər. Beynim necə çöndüsə, az qala əzişdirəcəkdim. Komandir özünü vaxtında yetirdi:“Dincələ bildiniz?”
İkinci hissə, 28. KomandirƏsgər Rəfiyev qışqıranda müşahidə aparan vaxt səhv buraxdığımı düşündüm. Dedim, yəqin, məni görüblər. Axı ehtiyatlı davranmışdım. Lənət olsun!“Mövqe tutun! Əmr olmadan atəş açmayın!” - içimdə başqa adam danışırdı.
İkinci hissə, 29. QırğıKomandir doğru qərar vermişdi. Nə qədər bədənimizdə hey-hərəkət vardı, qayıtmalıydıq. Onun söylədiyinə görə, qarşıda uzun bir dərə, dik bir yoxuş vardı. Ən çətin və təhlükəli yer sayılan Canavar yalını aşsaq, bizim postlara çatardıq.Tuneldən çıxıb dərə boyu asta-asta addımladıq. Etirazımıza baxmayaraq, öndə komandir gedirdi. Əslində, içimin dərinliklərində buna razıydım. Komandirin öndə olması daha ürəkli hərəkət etməyimizə imkan yaradırdı.
Стихи других поэтов
Ey torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan,Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.