Məktəbdən qayıdanda onu evdə görmədim. Halbuki elə bilirdim iki-üç gecə qalacaq. Məzuniyyəti üç günlük götürmüşdü. Ya bizimlə darıxdı, ya da vacib işləri vardı. Tezdən dərsə gedirdim, o, içəri otaqda yatmışdı. Sən demə, oyaqmış. Köhnə ayaqqabıda islanmasın deyə ayaqlarıma sellofan sarıdığım yerdə yaxaladı məni. Qolumdan tutub küçəyə çıxardı:

“De görüm, yaxşı ayaqqabı harda satılır?”

“Sputnik” mağazasında” - gözlərimə işıq gəldi.

Mənimlə çıxdı. Yol boyu xeyli söhbətləşdik. Mənə dedi, böyük kişi olmusan, qız-zad sevmirsən ki? Mən də utanmadan hələ sən varsan, dedim. Güldü.

Böyümüşdüm, hə. Həm də sürətlə. Çətinlik insanı vaxtından əvvəl böyüdür. Dərslərimlə birlikdə evin qayğılarına da qaçırdım. Atam yer-yurd alınandan bəri tamam dəyişmiş, yaşlı, kövrək, ümidsiz bir qocaya çevrilmişdi. Artıq o, bizim yox, biz onun qayğısına qalırdıq.

“Deyirlər, erməni generalının oğlunu əsir gətirmisən, düzdür?” - yolda da danışdırır, səsini eşitməkdən doymurdum.

“Kim deyir?”

“Hamı danışır. General yalvara-yalvara qalıb, sən də demisən, Ağdamı qaytar, oğlunu verim.”

“Bəs general nə deyib?”

“Razılaşmayıb. Sən də onun oğlunu verməmisən. Hamı sənin böyük kəşfiyyatçı olduğunu deyir. Atam da təsdiqləyir. Deyir, dədəm Cavada oxşayıb.”

Dinmədi. Mən də o biri qardaşım kimi, xatirələrə dalmaq qərarına gəldim:

“Yadındadı, Cavad babamın ordenlərini yaxana taxmağın?”

“Yadımdadı” - nəvazişlə qoluma girdi, ürəkləndim.

“Güzgüdə fəxrlə özünə baxırdın. Onda hamımız bilirdik ki, hərbçi olacaqsan.”

Güldü, daha mən nəsə deməyə imkan tapmadım və söhbətimiz bununla bitdi.

Mağazaya getdik, seçdiyim ayaqqabını aldı, elə mağazadaca geyindim, köhnələri cırıq kağıza büküb sellofanlı-zadlı zibil yeşiyinə atdım. Görüşüb ayrılmaq istəyəndə dedim:

“Olar mənimlə məktəbəcən gedəsən?”

“Niyə?” - təəccüblə soruşdu.

“İstəyirəm bir az da söhbət edək.”

Razılaşdı. Əslində, mənim məqsədim qardaşımı sinif yoldaşlarıma göstərmək idi. Sonra onların yanında forslanacam, özümdən müharibə xatirələri quraşdıracaqdım. Guya bunların hamısını mənə qardaşım danışmışdı.

Ayrılanda hamama aid əşyaların harda satıldığını soruşdu, bazarın içində o cür mağazaların çox olduğunu deyib boynuna sarıldım.

Dərsdən çıxıb evə gələndə evdəkilərlə vidalaşıb getmiş, gedəndə olun-qalan pulunu bibimə vermişdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 10. Komandir

Doğru deyirdim. Adam öz torpağında nədən qorxmalıdır? Əlimizi-qolumuzu sallaya-sallaya taxıl zəmisinə yaxınlaşdıq. Artıq biçinçilər işə başlamışdı. Kövşən yerləri heyvanlarla dolub-daşırdı. İki-bir, üç-bir əsgərlər də gözə dəyirdi. Bizə tərəf heç baxmırdılar da! Zəminin yaxınlığındakı təpənin üstünə qalxdıq, uzanıb ətrafı müşahidə etdik. Arada növbəylə yatdıq. Oyanıb söhbətləşdik. Qırğı öz həyat hekayətini mənə danışdı. Laçında doğulub. Düşmən deyilən varlıqları ilk dəfə bizimkilər Xankəndidən Gorusa gedən yük maşınlarının qarşısını kəsəndə görüb. Laçının “Aşağı poçt”unda karvanın qabağını kəsib sürücüləri düşürüblər, döyüblər, ölümlə hədələyiblər.Qırğı danışdıqca qızışırdı:

20183 мин
Üçüncü hissə, 11. Gizir Səfərov

Komandirin sualını eşidəndə necə ürəkdən güldümsə, hamı diksindi. Yəqin, başa düşdülər ki, qorxan adam düşmən ölkənin ortasında belə ucadan gülməz. Cibimdəki pres kəndirlərini və əski qırıqlarını çıxarıb Qırğıya verdim, dedim, istəyir dünyanın ən güclü adamı olsun, ortasından yapışıb saxlayacam, sən əllərini bağlayıb, əsgiləri ağzına tıxayarsan. Vəssalam! Burda çətin nə var?!Maşına ehtiyatla yanaşmalıydıq. Kabinədəki polis, yaxud hərbçi ola bilərdi. Bəzən belə yerlərə mühafizəçi ayırırdılar. Maşında silahlı şəxs olsa, yəqin, gün ərzində komandirin gözündən yayınmazdı. Biz toyuq fermasının yıxıq tikililərində istidən tıncıxdığımız vaxt onlar təpənin başında nə edirdilər? Aşıqdan-qarmondan danışası deyildilər ha!

20182 мин
Üçüncü hissə, 12. Komandir

Ətrafı bir də gözdən keçirib mövqe tutduq, Səfərovla Əsədovun təhlükəsiz hərəkət etməsi üçün şərait yaratdıq. Səfərov bizə yaxınlaşan kombaynın arxasına keçib pilləkənin üstünə atıldı. Arxa şüşədən içəri boylanıb qapının tutacağından yapışdı. Qırğı kombaynın qabağında peyda olub silahını kabinəyə tuşladı. Kombayn dayandı. Gizir Səfərov qapını açıb sürücüylə boğuşdu, onu dartıb yerə saldı. Sürücü “Bandit!” deyə qışqırdı.Qırğı da gursaçlını dartıb düşürdü. Gursaçlı baş verənləri o dəqiqə anladı: “Tooork!!!”

20181 мин
Üçüncü hissə, 13. Qırğı

Zəmidən çıxanda “Qaz 53”-ün tormoz borularını kəsdik, təkərlərini deşdik. Sürücü xahiş edirdi:“Nə olar, kombaynı söndürün, təzə almışıq, heyifdi, xarab olmasın.”

20181 мин

Стихи других поэтов