Doğmalarla söhbət eləmək həmişə mənə çətin gəlib. Bilmirəm hansı sözü seçəm, necə işlədəm. Mən doğmalara sevgisini ifadə edə bilməyən adamlardanam. Uca hislərin qarşısında susuram. Hərbi xidmətlə bağlı verilən suallarda da belədir. Cavab tapa bilmirəm. Ömür boyu əsgərlik xatirələrini danışan, hələ üstəlik bəzəyibdüzəyən adamlara həsəd aparmışam. Mənə qalsa, sevgidi, dostluqdu, kişilikdi - bunlar haqda danışmaq ayıbdı. Etməli olduğun işi niyə danışasan? Heç ağac deyir ki, baxın, necə meyvə gətirmişəm? Günəş deyir ki, sizə təmənnasız isti bəxş edirəm?

İndi atamın qarşısında da belə tərk-silah olmuşam. Nə deyim, nə danışım? Hamısını özü bilir. Vaxtımın az olmasını da, bir az səhlənkarlığımı da, əslində, gəlmək və görmək istədiyimi də. Məndən olsa, doğmalarla üz-üzə oturub saatlarla bir-birimizə baxarıq. Mənim üçün bunun əvəzi yoxdur. Doğmalar həm də ona görə doğmadır ki, onlarla bu cür rahat ola bilirsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, 26. Komandir

Əsgər Mazanovun bələdçiliyi çöl divarına “101” yazılmış tuneldə sona çatırdı. Buralar artıq mənim tanıdığım yerlər idi. Murova gələndən təmas xəttini üç-dörd dəfə Zoda gedən maşın karvanlarını müşahidə etmək üçün keçmişdim. Kəlbəcərin qızıl dağlarında qızğın iş gedirdi. Bir az müşahidə edəndə, deyirdin, uzağı, on günə yaxın ətrafdakı dağları daşıyıb aparacaqlar. Qızıl mədənlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq yollarda “cücə” yaxalamaq mümkün idi. Mən tuneldən son vəziyyəti yoxlamaq üçün çıxmışdım. Zod tərəfdən gəlib qızıl yataqlarına qalxan dolama yolları müşahidə edəcəkdim.Gəlib-gedən maşınların işıqları görünürdü. Bəzi mədənlərdə traktorların da işığı nəzərə çarpır, diqqətlə qulaq asanda səsi eşidilirdi. Hava ağaranda hər şey aydın göründü. Budur, dağ yolları üçün nəzərdə tutulan “alabaş” avtobus səhər növbəsinin işçilərini mərkəzi meydana gətirdi. Avtobusdan əvvəl üç silahlı hərbçi düşdü, dalınca fəhlələr, mühəndislər. Yaxınlıqda polis maşını görünür. Üstü “miqalka”lı ağ “Niva”dır.

20181 мин
İkinci hissə, 27. Gizir Səfərov

Deyirəm, tunelin havası mənə düşür, özümü gümrah hiss edirəm, Qırğı o yandan qayıdır ki, ayısan, ona görə, mağarada xoşbəxt olursan. Onda sən də quşsan, uç, qon budağa! Dəhşətdilər! Adamı anlamaq istəmirlər. Beynim necə çöndüsə, az qala əzişdirəcəkdim. Komandir özünü vaxtında yetirdi:“Dincələ bildiniz?”

20181 мин
İkinci hissə, 28. Komandir

Əsgər Rəfiyev qışqıranda müşahidə aparan vaxt səhv buraxdığımı düşündüm. Dedim, yəqin, məni görüblər. Axı ehtiyatlı davranmışdım. Lənət olsun!“Mövqe tutun! Əmr olmadan atəş açmayın!” - içimdə başqa adam danışırdı.

20181 мин
İkinci hissə, 29. Qırğı

Komandir doğru qərar vermişdi. Nə qədər bədənimizdə hey-hərəkət vardı, qayıtmalıydıq. Onun söylədiyinə görə, qarşıda uzun bir dərə, dik bir yoxuş vardı. Ən çətin və təhlükəli yer sayılan Canavar yalını aşsaq, bizim postlara çatardıq.Tuneldən çıxıb dərə boyu asta-asta addımladıq. Etirazımıza baxmayaraq, öndə komandir gedirdi. Əslində, içimin dərinliklərində buna razıydım. Komandirin öndə olması daha ürəkli hərəkət etməyimizə imkan yaradırdı.

20183 мин

Стихи других поэтов