Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür,Ayineyi-dildə kədərü qəm nə üçündür?

Batdın genə bəxtim kimi bilməm nə qərayə,Qurban sənə, bu şiveyi-matəm nə üçündür?

Təcridi-lətafətlə sən İsayi-zamansan,İsayə, nigarım, qəmi-Məryəm nə üçündür?

Dünyayə gələn getmək üçündür, bu nə qəmdir,Bir fikr elə bu xilqəti-aləm nə üçündür?

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, əgər ol şəmə sənin yanmadı könlün,Bəs pərdeyi-çeşmində olan nəm nə üçündür?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов