Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər,Salır bir fitnə, canım, qorxuram axırda qan eylər.
Gəhi çeşmin alır can, tiri-qəmzəndən tutar pinhan,Gəhi qəmzən tökər qan, çeşmi-məstindən nihan eylər.
Edərlər xubrulər qəsdi-can könlüm fəğanından,Cərəsdən necə rəhzənlər ki, qəsdi-karvan eylər.
Könül şövqi-rüxündən həlqeyi-zülfündə sakindirO bülbül tək ki, hərdəm şaxi-güldə aşiyan eylər.
Gər, ey sərvi-rəvanım, bağ ara nagəh xüram etsən,Qoparıb bağban sərvin, salıb suyə rəvan eylər.
Макта — последний бейт с тахаллусом поэта. Əgər mən ol güli-rüxsarə həsrət can verəm, Seyyid,Məzarımdan çıxıb gül, onda bülbüllər fəğan eylər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-gehi-cesmin-geh-ebru-gah-qemzen-qesdi-can-eyler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqif ol, ey nəcibü fərzanə,Lən edirsən həmişə şeytanə.
Oğluma xitab (Cəfər, ey rahəti-rəvani-pədər)Cəfər, ey rahəti-rəvani-pədər,Güli-xoşətri-gülsitani-pədər.
Oğluma xitab (Ey oğul, alim olsa rəbbani)Ey oğul, alim olsa rəbbani,Sən onun ol dərində dərbani.
Oğluma xitab (Ey oğul, olma talibi-badə)Ey oğul, olma talibi-badə,Getməsin ta ki izzətin badə.
Стихи других поэтов · О природе
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Zay olmusanYazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı