Kim ki, Seyyid, özünə bir gözəli yar bilir,Nə qədər cövr eləsə canə səzavar bilir.

Nə qədər cövrü sitəmdən edə məşuqu günah,Genə aşiq özün eşqində günəhkar bilir.

Belədir qaidə gülzari-cahan içrə ki, gülBülbülü tərk qılıb, həmdəmini xar bilir.

Kimini Turi-təcəlladə yaxar bərqi-cəmal,Kimini izzət ilə qabili-didar bilir.

Макта — последний бейт с тахаллусом поэта. Özüvü dilbərə laqeyd gərək göstərəsən,Zülm bünyad edib ol vəqt ki, naçar bilir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви