Oğluma xitab (Ey oğul, alim olsa rəbbani)
Ey oğul, alim olsa rəbbani,Sən onun ol dərində dərbani.Mən özüm kim, zəmanə sərvəriyəm,Üləmanın kəminə çakəriyəm.Necə kim, vardı fazili-Şirvan,Ol behinzadeyi-şəhi-dövran,Mənbəyi-elmü helmü nuri-cəli,Mədəni-fəzlü bəzli-Seyyid Əli.Ələmü əfzəli-qəbaildir,Məhbiti-cümleyi-fəzaildir.Yoxdu zatında buyi-rəngü riya,Qeyrlər ləfzdir, budur məna.Leyk bir parə mərdi-hiylətgər,Eyləyir dərs üçün İraqə səfər.Kimisi şəhri-İsfəhanə gedir,Kimisi Yəzdü Bəhbəhanə gedir.Kimisi Kərbəlayə azim olur,Neçə şeylər ona mülazim olur.Oxuyur hər biri beş-altı vərəq,Sonradan saqqala verir rövnəq.Zadəhallah İraqdə tüllabMütəvü siğədən olur sirab.Hər zaman vaqe olsa üsrü hərəc,...eyləyir ümidi-fərəc.Qüvveyi-bahi görməsə ifrat,Bir də gördün atıbdı həbbi-nişat.Günüzü siğəni edər əzbər,Gecələr nazəninə həmbəstər.“Nəfərə minküm” ayəsin oxuyur,Çoxusun sinədən yalan toxuyur.Qurtarır puli çün olur məğlub,Vətən əhlinə göndərir məktub –Ki, əya sakinani-əhli-vətən,Çəkmişəm on beş il riyazət mən,Edirəm kəsbi-elm leylü nəhar,Gündüzüm dərsdir, gecəm təkrar.Həmdəmim şəb “Üsuli-Kafi”dir,Sizə ancaq bu elm kafidir.Şöhrətim gün təki cahanı tutub,Rüfətim ərzü asimanı tutub.Elmə əllameyi-zəmanəm mən,Ələmi-xəlqi-kun-fəkanəm mən.Olmuşam elmü fəzldə mümtaz,“Fəxri-Razi” deyil mənə həmraz.Elm ilə hər məkanda adım var,Gözüvüz aydın, ictihadım var.Gəlməyimdə əgərçi var təxir,Edirəm mən risaləmi təhrir.Mənə bir qədr pul edin irsal,Ləşkəri-fəqrə olmuşam pamal.Gecələr şəmə tapmıram bir pul –Ki, yazam şərhi-müşkülati-üsul.Çox gecəm var ki, şamsız yatıram,Çaysız, həm təamsız yatıram.Bu pəyamı eşitcək əhli-vətən,Alışıb, od tutub çi mərdü çi zən.Bir qədər cəm eyləyib zərü sim,Göndərirlər ki, hiç eyləmə bim,Pul gəlir hər qədər ki, sən qalasan,Təki sən sahibictihad olasan.Pul ki çatdı cənab tüllabə,Yenə verdi əzəlki mis qabə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ogluma-xitab-ey-ogul-alim-olsa-rebbani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əgərçi həşrdə peyda o sərvqamət olur,Fəzayi-məhşər ara özgə bir qiyamət olur.
Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?Qəhri o təbibin dili-bimarım üçündür?
Ol üzü xurşid kim aşiqlərin cananıdırOl üzü xurşid kim aşiqlərin cananıdır,Gün təki rövşəndi kim, bu xəstə cismin canıdır.
Bülbülün hali-dilin novgüli-gülzar bilirBülbülün hali-dilin novgüli-gülzar bilir,Yansa pərvanə, qəmin şəmi-şəbi-tar bilir.