Məcnunun əhvalatı (Bir nəfər şəxs gördü Məcnunu)
Bir nəfər şəxs gördü MəcnunuOl əsiri-bəlavü dilxunu.Bir qotur it alıb qucağinə,Dəmbədəm baş qoyur ayağinə,Gah öpür ol itin ayağından,Gah öpür şövq ilə dodağından,Deyir: – Ey pasibani-kuyi-həbib,Dərdi-pünhanıma bu gündə təbib.Ey olum bu ayağuva qurban –Ki, dəyib kuyi-yarıma hər an!Ey olum gözlərin nigəhbanı –Ki, görübdür cəmali-Leylanı!Bir nola, ey nəcibi-dövrü zaman,Sövti-çanbəxşüvə olum qurban!Tüklərin misli-udü ənbərdir,Dişlərin iqdi-dürrü gövhərdir.Sən tək ahusu yoxdu rizvanın,Səgi-Əshabi-Kəhf qurbanın.Dedilər: – Ey səfihü layələm,İtə bu qədr yalvarar adəm?Çəkdi Məcnun bir ciyərdən ah,Övci-ərşə uçaldı dudi-siyah.Dedi: – Çox kimsədən bu əladır –Ki, səgi-asitani-Leyladır.Gör ki, bir bu nə etibardədir,Gecələr asitani-yardədir.Belə it mən özüm olaydım kaş,Nəqşimi it çəkəydi ol nəqqaş.Fərqi vardır mənimlə, ey şeyda,Mən buna səg, budur səgi-Leyla.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-mecnunun-ehvalati-bir-nefer-sexs-gordu-mecnunu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Misrdə bir yeganeyi-dövranMənə bu macəranı qıldı bəyan.
Oğluma xitab (Ey oğul, nifrət eylə vahimədən)Ey oğul, nifrət eylə vahimədən,Vahimə şumdur, müxərribi-tən.
İskəndər dövründə iki həkimVardı İskəndər əsri iki həkim,Mülki-Yunanda, vacibüt-təkrim.
Xeyir söyləməzin hekayəsiVardı bir xeyrsöyləməz nadan,Dilinə xeyr gəlməyib bir an.
Стихи других поэтов
Saqiyə, rəhm qılıb badə gətir nuş edəlim!Pişi-çeşmi rüqabə yari dər aquş edəlim!
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
تا فتنه دلم بر آن لب میگونستصبرم کم و عشق هر زمان افزونست
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik