Ta ki, gəldi əbr tək rüxsari-mahi-yarə xət
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ta ki, gəldi əbr tək rüxsari-mahi-yarə xət,Ruzgarım eylədi ol zülflər tək qarə xət.
Atəşin rüxsarə xəttin gəldi könlüm almağa,Rəsmdir əhli-əzaim kim, salırlar narə xət.
Gülsitani-kuyi-dilbər vəsfinin inşasına,Katibi-qüdrət yazıb reyhan ilə gülzarə xət.
Gəldi xət rüxsarına, üşşaqə dəgdi yarələr,Görməmişdim kim, bu sirri qəlbə vursun yarə xət.
Əşki-gülgundur midadım, xameyi-müjgan iləYazdım, ey gül, şami-hicrində dərü divarə xət.
Xətti gəlcək qətli-amə açdı əl ol gül, məgərHüsn sultanı yazıbdır qətl üçün sərdarə xət.
Макта — последний бейт с тахаллусом поэта. Qarə olsun ruzigarı xətti-yarın mən kimi,Tirə etdi ruzigarım, Seyyida, ol qarə xət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ta-ki-geldi-ebr-tek-ruxsari-mahi-yare-xet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xət gəldi rüxi-yarə füzun oldu səvadı,Şəffafdı bu ayeyi-”Vəlleyl” midadı.
Derdim ki, könül zirü zəbər olmasın, olduDerdim ki, könül zirü zəbər olmasın, oldu,Həmvarə gözüm əşklə tər olmasın, oldu.
Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” olduZülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu,Dedim bir cürə ondan, aləmə qanım səbil oldu.
Bir də bəzmimdə mənim ol büti-novşad olumu?Bir də bəzmimdə mənim ol büti-novşad olumu?Görəsən qəmli könül bir də dönüb şad olumu?