Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç,Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç.

Gözüm yaşından, ey sərvi-rəvan, rəncidə olmuşsan,Bu təsiri-sitarəmdir, gəlib ol macəradən keç.

Pərişanlıqdan ol zülfü dedim dün nafeyi-Çindir,Çevir öz başına, ey gül, məni, sən ol xətadən keç.

Dəhani-yardən bir söz təmənnasindəsən çoxdan,Nə çıxsın yoxdan, ey dil, bir usan, bu müddəadən keç.

Həsiri aləti-təzvir edib əgləşmə məsciddə,Gəl, allahı sevərsən, zahida, son bu riyadən keç.

Səfayi-xatir olmaz aşiqə meyxanəsiz, ey dil,Əgər bu Kəbədən çəkdinsə əl, bəs get Səfadən keç.

Макта — последний бейт с тахаллусом поэта. Cahan mülkündə, Seyyid, yoxdu bir ehsani-biminnət,Şikəstə xatirə səbr eyləyib, ol mumiyadən keç.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви