Münqəlib oldu həvadislə məni-zarə mizac,Ey Məsihanəfəsim, qıl məni-bimarə əlac!

Rövşən et xanəmizi bir gecə təşrifinlə,Ey cəmalı fələki-hüsnə siraci-vəhhac.

Abi-Kövsər ləbi-şirininə nisbət, guyaBiridir əzbi-Fəratü biridir milhi-Ücac.

Tutmusan dəhrdə sən hiç müsəlmanın əlin?Etməsin tarı sənə kafəri, ya rəb, möhtac!

Şəm pərvanəni yandırmaz idi, amma sənYandırıb aşiqi, etdin bunu aləmdə rəvac.

Ləşkəri-Zəngü həbəş tutdular ətrafi-rüxün,Dəxi müşgüldü bu gün Kəbəyə getsin hüccac.

Макта — последний бейт с тахаллусом поэта. Daneyi-gəndümi-xalinə təmə eyləmə kim,Seyyida, cənnəti-kuyindən edərlər ixrac.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви