Balaşq, Daryaş dayandılar üz-üzə,
Üz-üzəlik gücləndirir başçını.
Turqər getdi Əkbitənə gecəykən,
Üz-üzəlik gücləndirər başçını.

Ağüz toya getməmişdi susurdu,
Minbaşılar başbaşını büsürdü,
Soyuq yellər aralıqda əsirdi,
Üz-üzəlik güc gətirər başçıya.

Tunq sıçraqlı qaynaq, qaynar ər idi,
Onda iri, oynaq qırtlaq var idi,
İşdə, gücdə, vuruşmada qor idi,
Üz-üzəlik güc gətirər başçıya.


(On min ildir bu yollardan keçirik
Yol gedənlər yolu, yalı dindirin.
Ata yolu, ana yolu bir olub,
Yol gedənlər, yolu, yalı dindirin.

Tunq “günaydın” səsləndirdi dağ,düzə,

İki “sağol” dedi gecə gündüzə,
Əkbitəndə o baş əydi ağüzə,
Yol gedənlər yolu, yalı dindirin.
Dedi: – Ata, bir də məni bağışla,
Məni nə öy, nə döy, nə də alqışla,
Yağsın Parsel üzərinə qarğışlar,
Yol gedənlər, yolu, yalı dindirin.

Diyar adı verdin ona çəkinmə,
Görək necə dolanırlar əkinlə,
Parsel bizə yapıq deyil kəbinlə,
Yol gedənlər, yolu, yalı dindirin.


– Ata, elə sən deyənlər doğrudur,
Keçmiş soydur gələcəyi görənlər.
Mindiyarsız Parsel boşdur, maraqsız,
Keçmiş soydur gələcəyi görənlər.

Ac qalacaq, gedə bilməz səpinə,
Batacaqdır yoxsulluğun dibinə,
Düşəcəkdir çoxlu-çoxlu çətinə,
Keçmiş soydur gələcəyi görənlər.

Yaraqlımız iki mindir orada,
Balaşq gəlib Balasqeldən arada,
Diyar hara, Darvid, Parsel harada,
Keçmiş soydur gələcəyi görənlər.

Ac qalarsa bunu bizdən biləcək,
Tək qalanda o özünə gələcək,
Darvidellə torpaqları böləcək,
Ayıq olaq, sayıq olaq, biz gərək,
Keçmiş soydur gələcəyi görənlər.

Ağüz dedi: – Yaman artıb, dolubsan,
Qancıllardan vergi yox, öc alırsan,
Sən bu gündən Minminbaşı olursan.
Keçmiş soydur gələcəyi görənlər.

Özbaşına olma, belə yaramaz,
Özünə gəl, oğul bala sən bir az,
Sənin əlin altındadır, bil,az-maz,
Uğurellə, Muğel, Çinçay, Buzboğaz,
Keçmiş soydur gələcəyi görənlər.

Tunqər bir az bürmələnib qısıldı.
Yaxşı ata əl çatmayan zirvədir,
Elçiçəklə toy düyündən utandı
Yaxşı ata əl çatmayan zirvədir.

Hər dikbaşlıq yekəbaşlıq gətirər,
El içində ad-sanını itirər,
Azğın edər, düşgünlüyə ötürər,
Yaxşı ata əl çatmayan zirvədir.

Tunq başını lap-lap saldı aşağı,
O belindən açdı ağır yarağı,
Qoydu yerə yazıq-tutuq sayağı,
Yaxşı ata əl çatmayan zirvədir.

Ata durdu öz oğlunu yanladı,
Dedi: – Oğul,yaxşı məni anladın,
Öz içində öz-özünü danladın,
Yaxşı ata əl çatmayan zirvədir.

Götür gəzdir Eldəbiri yanında,
Turqsoyluğun soykökü var qanında,
Utancaqdır, üzü yoxdur onun da,
Üzü qara olub ana yanında,
O ərəndir, ancaq ana donunda,
Yaxşı ata əl çatmayan zirvədir.

Nə edirsən mənə də de, mən bilim,
Pis ayaqda yardımına mən gəlim,
Gərək olsa vuruşaraq lap ölüm,
Yaxşı ata əl çatmayan zirvədir.

Saxla, yedirt üç yol yüz min toplumu,
Məndən, ondan öyrən bunun yolunu,
Daha bunlar sənə uspurd olunur.
Yaxşı ata əl çatmayan zirvədir.

Tunq, Eldəbir Uğurelə çapdılar,
Harda olsa sevgi çəkir sevəni,
Boylu idi gözəl Yerinc Elçiçək,
Harda olsa sevgi çəkir sevəni.
Görüşdülər, sevişdilər, daşdılar,
Sel-su olub dağı-daşı aşdılar,
Dinc günlərin axarında çaşdılar,
Harda olsa sevgi çəkir sevəni.

Ataroğlu Eldəbiri yanladı,
Toyuq kimi qırıq-qırıq banladı,
O,Tunqəri, Elçiçəyi danladı,
Harda olsa sevgi çəkir sevəni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов