Mindon doğub oldu oğul anası,
Anaların anasıdır analar.
Ana özu doğulsa da anadan,
Anaların anasıdır analar.

Kimliyini unutmuşdu şah qızı
Çoxalmışdı yoxsul evdə qayğısı.
Ana könlü onun könül yanğısı.
Anaların anasıdır analar.

Varlıq bircə oğlu idi gözündə,
Şah mənliyi çəkilmişdi üzündən.
Tükənsə də güç qolunda, dizində
Anaların anasıdır analar.


Yetərincə sevsə qadın ərini
Sevgi ötər, qalar bala sevinci.
Sevgi-sevinc bir körpəydi Mindona
Sevgi ötər, qalar bala sevinci.

Körpə şahdır, ana onun tanrısı.
Ana aydır, bala onun yarısı,
Çox ağırdır ana, bala ayrısı,
Sevgi ötər, qalar bala sevinci.

Körpə gülər anasına bəs nədən,
Ana baxar doluxsunar sevincdən.
O ağlayar, ançaq gülər bu hərdən.
Sevgi ötər, qalar bala sevinci.


Ana baxdı körpəsinin alnına,
Alın ötkəm olacağa güzgüdür.
O, işıqdan özgə bir-şey görmədi.
Alın ötkəm olacağa güzgüdür.

Ana şahdır, şah olmağı istəməz.
Ürəyinda pis istəklər bəsləməz.
Ana var ki, pisləri də pisləməz,
Alın ötkəm olacağa güzgüdür.

Ana, qoru falçılardan körpəni,
Ver yalanlar qabağına gövdəni,
Yalan ilə daglar, daşlar tərpənir,
Alın ötkəm olacağa güzgüdür.


Bir gün Qarbaş gəlib çıxdı buraya,
Yoxa çıxsın falçıların yozumu.
Alıb öpdü qucağında körpəni,
Yoxa çıxsın falçıların yozumu.

"Bu uşaqdan şah olarmı görəsən,
Gərək bunu şah atana verəsən.
Gəl ağlama, qızım, boş-boş yerə sən,
Yoxa çıxsın falçıların yozumu.

Mən hər şeyi öz yoluna qoyaram,
Yalan deyib yalanları yuyaram,
Sənin ölüm xəbərini yayaram.
Yoxa çıxsın falçıların yozumu".


Yürük etdi yozmaçılar, falçılar.
Yozmaçılar dediyindən dönməyir.
Evə girib dağıtdılar, yaxdılar,
Yozmaçılar dediyindən dönməyir.

Axtardılar, tapmadılar uşaqı,
Çox gəzdilər evi oğru sayağı,
Boş ev, beşik, bir də uşaq qundaqı,
Yozmaçılar dediyindən dönməyir.

Çıxıb çölü, dağı, daşı gəzdilər,
Dağa gedən yalı, yolu kəsdilər.
Gəzə-gəzə axtarmaqdan bezdilər.
Yozmaçılar dediyindən dönməyir.


İşdayağa demədilər bu işi,
Uşaqlaşır ata oğlu olanda.
Körpəsilə uşaq-uşaq oynayır,
Uşaqlaşır ata oğlu olanda.

Bu olmuşlar qulağına çatmadı.
Körpəsilə sevindi o, yatmadı.
Günəş oldu, ancaq axşam batmadı.
Uşaqlaşır ata oğlu olanda.

Mehcə ona tanrı payı olmuşdu.
Qoca ona vurğunlaşıb qalmışdı,
Uşaq ondan şahlığını almışdı.
Uşaqlaşır ata oğlu olanda.


Başev hər gün çalxalanır sevincdən,
Hər sevinci bir üzüntü gözləyir.
Hər üzüntü bir sevincin əzəli,
Hər sevinci bir üzüntü gözləyir.

Qoşar, Ozan şaha mahnı qoşurdu,
Qonaqlarla Başev dolub daşırdı,
Dəli sevinc hər ölçünü aşırdı,
Hər sevinci bir üzüntü gözləyir.

Gəlib keçən bu hay-küyə boylanır.
Yoxsullara yemək-içmək paylanır,
Artıq qalan hər gün yerə quylanır,
Hər sevinci bir üzüntü gözləyir.


Ancaq Qarbaş düşünürdu, susurdu,
Qudurqanlıq qara günə elçidir.
Qudurqanlıq tapdaq edib hər şeyi,
Qudurqanlıq qara günə elçidir.

Yol azırdı qızıxanlar, qızanlar,
Varlanırdı şaha yuxu yozanlar,
Tovlayırdı yozanları ozanlar.
Qudurqanlıq qara günə elçidir.

Başlar boş-boş əylənçəylə yüklənib,
Baxışların güzkü gözu çirklənib,
Acıqanın qulaqları şəklənib,
Qudurqanlıq qara günə elçidir,


Şah çoxdandı qısqanırdı Mehcəni,
Ayraq olsa, qısqanclıq da olacaq.
Qız öymüşdü öz ərinə Qammadı,
Ayraq olsa qısqanclıq da olacaq.

Çox gənc idi Mehcə şahdan əlli il,
Ağ göyərçin doğulmuşdu elə bil,
Almayanaq, qaymaqdodaq, incəbel,
Ayraq olsa qısqanclıq da olacaq.

– Gülüm, nə çox ağlayırsan bu günlər,
Ağlamaqla ölən bir də dirilməz.

İnanmıram mən Qammada, nədənsə,
Ancaq ona çin verərəm, bəyənsə,
Çox duşünub daşınırsan deyən sən,
Ağlamaqla ölən bir də dirilməz.

Sil gözəlim, gözlərini, toxda sən,
Yas saxdayıb ağlamsınma çox da sən,
Nə görübsən keçmiş olan yoxda sən,
Ağlamaqla ölən bir də dirilməz.


– Şahım, ata mənim üçün uludur.
Ata qızın arxasıdır, dayağı.
Ərim, varım, balam, köləm olsa da,
Ata qızın arxasıdır, dayağı.

O böyütdü bizi anam öləndə.
Sevinirdi biz oynayıb güləndə,
Bacıların çehizini böləndə,
Ata qızın arxasıdır, dayağı.

Şahım, qanı yerdə qalıb atamın,
Üzüntüsü məni qırır, nə danım,
Əl tut ərim, mənə, alım qadanı,
Ata qızın arxasıdır, dayağı.


– Bundan ötrü, gözəl Mehcəm, ağlama,
İş qurtarır işdə ölsə öldürən.
Çıxıb Qammad öldürəni öldürüb,
İş qurtarır ölsə işdə öldürən.

Güdük qoydum Darvideldə üç ay mən,
Dedilər ki, Fərzad olub öldürən.
Yerinç olsun orda baçın, istəsən.
İş qurtarır ölsə işdə öldürən.

Yozmaçılar söylədilər arada,
Darvideli bürüyəcək qan-qada,
Başçı olsun orda güçlü bir adam,
İş qurtarır ölsə işdə öldürən.


– Mən ki, səni hamıdan çox sevirəm,
İncə belli, uzun saçlı gözəlim.
Səndən özgə bir gözəldə gözüm yox,
İncə belli, uzun saçlı gözəlim.

Gülüşlərin yumuq güldür, uşaqdır,
Dodaqların yayda sərin bulaqdır,
Qoynun qardır, yaxıb yanan ocaqdır,
İncə belli, uzun saçlı gözəlim.

Varlığımda nəyim varsa sənindir,
Təkcə sənin yanqı sevgin mənimdir,
Quşam, sənin göz yaşların dənimdir,
İncə belli, uzun saçlı gözəlim.


– Sən olmasan, neynəyərəm dirriyi,
Dağ gövdəli, gənc ürəkli şah ərim.
Həm qardaşsan, həm atasan mənə sən,
Dağ gövdəli, gənc ürəkli şah ərim.

Ana oldum bu yaşımda körpənə,
O quzudur, göyərçindir, kəpənək,
Mən də, o da sənin üçün bəbənək.
Dağ gövdəli, gənc ürəkli şah ərim.

Qadın gərək sevgisini yoxlaya,
Çəkisini, çəkərini saxlaya.
Qadın gərək üç gündən bir ağlaya,
Dağ kövdəli, gənc ürəkli şah ərim.


– Mən yaşlıyam, səni sıxan bumudur,
Sevgilərdə adın, yaşın yeri yox.
Sevişəcək, başçı kölə, gənc, qoça,
Sevgilərdə adın, şahın yeri yox.

Gülüm, məni elə şahlıq qocaltdı,
Şahlığımdan mənə elə bu çatdı,
Mehcə məni gəncləşdirdi, ucaltdı,
Sevgilərdə adın, yaşın yeri yox.

Qobuçöldən, Qobuyerə yiyəyəm,
Bükülməyən dizəm, dəmir biləyəm.
Təkcə sənin qabağında köləyəm,
Sevgilərdə adın, yaşın yeri yox.


– Şahım, səndən bir diləyim var mənim,
Düzlük gəlib öz yerini tutacaq.
Darvidelə sən Qammadı yerinc qoy
Düzlük gəlib öz yerini tutaçaq.

Aldı məni o Fərzadın əlindən,
Təkbaşına, o qorxmadı ölümdən
Tanıyırlar onu mənim elimdə,
Düzlük gəlib öz yerini tutacaq.

O, Əkbitən şahlığına bağlıdır,
Düzlük bilən bir Minelli oğludur,
Məni onun yersizliyi ağrıdır,
Düzlük gəlib öz yerini tutaçaq.


Düşünərək təpərləndi İşdayaq:
"Bu sevgidir, yoxsa sevgi alveri,
Göz önündə çanlandırdı Qammadı,
Bu sevgidir, yoxsa sevgi alveri?

Uşaqlıqda sevib deyən o bunu,
O bunundur, ya da elə bu onun,
Heç bilmirəm, tanımıram soyunu,
Bu sevgidir, yoxsa sevgi alveri?

Bu, düzlükdə tay olsa da qızıla,
Ancaq ona inanmıram düz ola,
Bir də bu iş el içində söz olar,
Bu sevgidir, yoxsa sevgi alveri?"


"-Bir yol da var, yerinç qoyum Qammadı,
İşdə yoxla, işdə tovla, işdə əz.
Bir dəlibaş sal üstünə, yürüsün,
İşdə yoxla, işdə tovla, işdə əz.

Burda ancaq bir il dözüm gətirər,
Sonra yerinc çəkisini itirər.
Mehcə özü gedib onu götürər,
İşdə yoxla, işdə tovla, işdə əz.

Bir də Mehcə bərk dayanar dalımda.
Qammadı da götürərəm yolumdan,
Böyük tanrı tutaçaqdır, qolumdan,
İşdə yoxla, işdə tovla, işdə əz".


Şah buyurdu, axtarsınlar Qammadı,
Axtar, ara, itən yerdə itkini.
Daha artıq sevdi Mehcə ərini,
Axtar, ara itən yerdə itkini.

Çox gəzdilər, axtardılar ölkəni,
Daradılar şəhər-şəhər bölgəni,
Şəhərlərdə hər yolevi, döngəni,
Axtar, ara itən yerdə itkini.

Soraq gəldi Günbatanda dənizdən,
Küsüb gedib yayınmışdı o gözdən,
Nə ölkədə, nə çöllükdə, nə düzdə,
Axtar, ara itən yerdə itkini.


Qammad gəldi yerinc oldu yerində,
Var yox olar kimsəsizdən şah olsa.
Ancaq Qammad kimsəsiz də deyildi,
Var yox olar kimsəsizdən şah olsa.

Bir anası, bir bacısı var idi,
Böyük ölkə sevgisinə dar idi.
Göy başına qaxanc idi, qor idi,
Var yox olar kimsəsizdən şah olsa.

Bunu bildi o, sevdiyi gözəldən
"Ancaq odur bu işləri düzəldən",
Təpərliydi, duyğuluydu əzəldən,
Var yox olar kimsəsizdən şah olsa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов