Parsdiyar söylənci
Daryaş baş-baş geyimində oturub,El deyib ki, daldan gələn bərk gələr,Çox düşünən az danışar az gülər,O gümüşdən hörüb tikib başevi,El deyib ki, daldan gələn bərk gələr.Çox düşünən az danışar az gülər.
Asureldən tökmə, tikmə dəf-daraq,Balasqeldən dörd piltəli qırx çırağ,Hindeldən də al dəmirdən qab-qacaq,El deyib ki, daldan gələn bərk gələr.Çox düşünən az danışar az gülər.
Sallamalar qırçın-qırçın, mayallaq,Ağ çinidən yonta qızlar, utancaq,Alov çəkir ocaqlarda yanacaq,Bucaqlarda parıldayan yalyaraq,Qulluqçular boy-buxundan yapalaq,Ağ daşdandır, yonma daşdan hər dayaq,Al ipəkdən oturacaq, yatacaq,Suvaq daşlar, daş döşəmə ağappağEl deyib ki, daldan gələn bərk gələr.Çox düşünən az danışar az gülər.
Daryaş sanki gözü yaşlı, lılıqlı,Üç ay, beş ay gəzir başı sarıqlı,Qaldı yenə Mindiyardan yanıqlı,Tunqa qancil, Alpisinə qılıqlı.El deyib ki, daldan gələn bərk gələr.Çox düşünən az danışar az gülər.Asurelin içi, çölü qarışıb,Qıtlıq çəkib Hindel, üzü qırışıb,»Gərək indi yenisilə tapışım,Gedim gərək Misireldən yapışım,
Alpis gəlir, bunu ondan soruşum,El deyib ki, daldan gələn bərk gələr.Çox düşünən az danışar az gülər.
Bir qız ola, ağzı, burnu bal dada,Naz- qozuyla gedə Tunqu aldada,Onun ilə qucaqlaşa daldada,Əkbitənə düşə hay-küy, qan- qada,El deyib ki, daldan gələn bərk gələr.Çox düşünən az danışar az gülər.
Boylu ola, uşaq doğa, bic uşaq,Bu, Tunq Ərə ola yekə bir yamaq,Bunu bilə hər ev, hər yurd, hər bucaq,Gedim, deyim yalan sayaq, düz sayaq,Min diyarda o baş başı olacaq,El deyib ki, daldan gələn bərk gələr.Çox düşünən az danışar az gülər.
Dörd oğlu var, yox birində qanacaq,Oğul demə, dörd itgin de, dörd qaçaq,Sabah burda kim baş başı olacaq,Tunq çökəcək böyüyəndə bic uşaq,Mən uşağı böyüdərəm şah sayaq,Biz şah olluq, Tunq Ər isə oyuncaq,El deyib ki, daldan gələn bərk gələr.Çox düşünən az danışar az gülər.
Tunqu yıxmaq, ən yaxşı yol bu yoldur,Bir də gördün o bic uşaq şah oldu,Görüm onda min diyardan nə qaldı,Tunq bu sayaq bir də gördün qocaldı,El deyib ki, daldan gələn bərk gələr.Çox düşünən az danışar az gülər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-parsdiyar-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük Minel, Mindiyarda hər axşam,Bu söylənci söyləyirdi şamanlar.
Yuxu söylənci"-Əkbitənin Turər şahı uludur.Minellinin başbiləni o idi.
Mindon söylənci– Qızım, ötur, sən də gərək biləsən,Tanrı bilir daha səndən nə gizli.
Çinellilərlə vuruş söylənciİşdayağa soraq çatdı Xançudan.Çinellilər hindellilər birləşib.
Стихи других поэтов · О родине
دگر ره گفت کز دور فلک خیززمین را با هوا شرحی برانگیز
Hey qala-qalaAşıq odur yaxşı yaza, yaradaXalqların qəlbində hey qala, qala.
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,