– Tanrım, məni durulaşdır odunla,
Oddur Böyük Mindiyarın tanrısı.
Üçlüyü al məndən, məni bir elə
Oddur Böyük Mindiyarın tanrısı.

Qaytar mənə mənim Minel soyumu,
Hündür elə düşüncəmi, boyumu,
Mənə çatdır mənim şahlıq payımı,
Oddur Böyük Mindiyarın tanrısı.

Tanrım, məni bu ağıdan ağ elə,
Ürəyimi, damarımı sağ elə,
Ya yerə vur, ya da uca dağ elə,
Oddur Böyük Mindiyarın tanrısı.


Bir gün qaçıb gəldi səsə anası,
Anaları tanrı özü səsləyir.
Qucağında gətirmişdi quru ot,
Anaları tanrı özü səsləyir.

Ana qaldı İşdayaqla ocaqda,
O ağladı, sızıldadı bucaqda,
Yarpaq idi ayrılmışdı budaqdan,
Anaları tanrı özü səsləyir.

– Bax, bunu iç, ağı səndə qalmasın,
Anan ölsün, sənə heç nə olmasın,
Tanrı məndən sən oğlumu almasın,
Anaları tanrı özü səsləyir.


– Ulu ocaq, Qızod olum bu gündən,
Od-ocaqdır dirrik verən hamıya.
Al qoynuna məni Minel qızıtək,
Od-ocaqdır dirrik verən hamıya.

Od-ocağım mənə əl tut sən özün,
Adımı qoy bundan belə od qızı,
Bu ağrıdan qurtar bizi, al bizi,
Od-ocaqdır dirrik verən hamıya.

Mən suyamsa, oddur mənim qardaşım,
Məni yandır, ançaq oğlum yaşasın,
Ona şahlıq, baş ərənlik yaraşır,
Od-ocaqdır dirrik verən hamıya.


– Oğlum, mənim qardaşımı bağışla,
Öz içindən pislik didir yamanı.
Onun oxu səni saldı bu günə,
Öz içindən pislik didir yamanı.

Oğlum, böyük babanı da bağışla,
Nə küs ondan, nə də onu qarğışla,
Ocaq salsın qoy araya barışlar,
Öz içindən pislik didir yamanı.

Ulu Tanrı, mən ananı eşit bir,
Bundan sonra yurdum olsun bu el, yer,
Ulu tanrı, analara dözüm ver,
Öz içindən pislik didir yamanı.


Yüzər öldü, İşdayaqsa yaşadı,
Şahlıq çatar şah soyundan birinə,
Tanrım, özün İşdayağı sağ elə,
Şahlıq çatar şah soyundan birinə.

Qızod ana, Odər ata bir oldu,
Od anaya Odər ata ər oldu,
Ər ataya bu şahlıqda yer oldu,
Şahlıq çatar şah soyundan birinə.

Şahlıq etdi ər atayla, ər ana,
Bu səs getdi Mindiyardan o yana,
Yenə qaldı şahlıq Turər soyuna,
Şahlıq çatar şah soyundan birinə.


Qeysər bildi, gözaydınlıq göndərdi,
Bacı, qardaş gərək burda bir ola.
Bu, Balasqın sulandırdı ağzını,
Bacı, qardaş gərək burda bir ola.

Balasq bir də qıcıtdısa dişini,
Şah ər-arvad düz apardı işini,
Ana verdi irəliyə döşünü.
Bacı, qardaş kərək burda bir ola.

O oğlunun şah yerinci olandan,
Öz könlünü ər ataya salandan,
Qardaşına söz vermədi yalandan,
Baçı, qardaş gərək burda bir ola.


– Sağ ol, anam, baçım, səni min yaşa,
Ocaq bizi doğruluğa yönəldir,
Son oğluna görə seçdin Odəri,
Ocaq bizi doğruluğa yönəldir.

Ər anasan, od andını uca tut.
Öz yurdunu, qardaşını ta unut,
"Ana" deyir sənə artıq bu el, yurd
Ocaq bizi doğruluğa yönəldir.

İşdayağın qanı çirkdən seyrələr,
Ana könlün sevincindən kövrələr.
Biz üç olsaq acıqanlar təklənər,
Oçaq bizi doğruluğa yönəldir.


Qeysər dedi, bacım dərin düşünsə,
O Minelin qapısında açardır.
Gərək birdən Balasqlaşa Mindiyar,
O Minelin qapısında açardır.

İşdayağı elə düşük saxlaya,
Şah olmağın yollarını bağlaya,
Balasq qızı Balasq uçün çağlaya,
O Minelin qapısına açardır.

Balasq onun elyeridir, elbiri,
Oradasa həm oğulu, həm əri.
Mindiyarda odur bizim əlyeri,
O Minelin qapısına açardır.


Qızod dedi, mən dönmərəm, anayam,
Dönük ana soyuq ulduz kimidir.
Elyerim də, elbirim də balamdır,
Dönük ana soyuq ulduz kimidir.

Qardaşımsa bilsin bunu bir yolluq,
Ona qarşı biz hamımız bir olluq.
Ölsək birgə sonevinə qoyulluq.
Dönük ana soyuq ulduz kimidir.

Qoy atam da, qardaşım da düşünsün,
Bizə qarşı çılğınlıqdan daşınsın.
Qızod çətin Mindiyardan boşansın.
Dönuk ana soyuq ulduz kimidir.


Barışmalar, küsüşmələr, öymələr.
Yersiz söz ar yiyəsindən utanır.
Qeysər gedib eşələndi yerində.
Yersiz söz var yiyəsindən utanır.

Ürəyində Mindiyarın varları.
Arpa, buğda, alma, heyva, narları,
Əkinlərdə, ağaçlarda barları.
Yersiz söz var yiyəsindən utanır.

Göydaş, qızıl, inək, gümüş qab-qaçaq,
Maral, cüyur, ov-oylaqdır hər buçaq.
Min yerlidən üstün olar bir qonaq,
Yersiz söz var yiyəsindən utanır.


Qeysər gəlir Qızod ilə üz-üzə,
Varda yoxdur bacı, qardaş ölçüsü.
Vardır qılınc çəkən bacı üstünə,
Varda yoxdur bacı, qardaş ölçüsü.

İki toplum Yastıdaqda görüşür,
Qoşaboğaz sularına qan düşur,
Yaralılar ölülərə qarışır,
Varda yoxdur bacı, qardaş ölçüsü.

Qeysər gəlir Qızod ilə döş-döşə,
Hamı baxır bu yöndəmsiz döyüşə.
Bu deyüşə öncə kimdir girişən,
Varda yoxdur bacı qardaş ölçüsü.


Öncə oxla vuruşurlar doğmalar,
"Qancıq, səni doğramağa gəlmişəm".
Sağ gözünə ox sançılır Qeysərin.
"Qancıq, səni doğramağa gəlmişəm".

Aşır atdan, düşür yerə qıvrılır,
Gah o yana, gah bu yana çevrilir,
Təpəsindən qanlı tüstü sovrulur,
Qancıq, səni doğramağa gəlmişəm".

Qızod verir göz yaşını yellərə,
Qan boyası dənizlərə, göllərə,
Son ayaqda bir səs düşür çöllərə,
Qançıq, səni doğramağa gəlmişəm".


Qoşaboğaz, Qoşadəniz alınır,
Basığın yox, basarındır girəvə.
Bütövləşib gücə dolur Mindiyar,
Basığın yox basarındır girəvə.

Dənizlərda duracaqlar, yançalar.
Başraq-başraq ucalardan ucalar,
Qoşaboğaz qoşa qızıl açarlar,
Basığın yox, basarından girəvə,

Odər dedi, ta Balasqa girməyin,
O torpağın yarpağını dərməyin,
O ellərə ağrı, acı verməyin.
Basığın yox, basarındır girəvə.


Qızod döndü öz oğlunun yanına,
Üzüntüdür ayrı düşmək baladan.
Bala ayrı qala bilər anadan,
Üzüntüdür ayrı düşmək baladan.

– Oğlum, ocaq sağaldacaq yaranı,
Vurub yıxdım səni oxla vuranı,
Haran sancır, anan öpsün oranı,
Üzüntüdür ayrı düşmək baladan.

Gözləyirəm sən yataqdan durasan,
Acıqanın soy kökünü qırasan,
Şahlığını öz əlinlə qurasan,
Üzüntüdür ayrı düşmək baladan.


– Ana daha sağalmışam, yaxşıyam,
Çox sıtqamaq kişilərə yaraşmaz.
Məni döyüş, vuruş üçün doğmusan,
Çox sıtqamaq kişilərə yaraşmaz.

Od-ocağa baş əyirəm diz üstə,
Torpağına üz sürtürəm üz üstə,
Nə buyursan, deyəcəyəm göz üstə,
Çox sıtqamaq kişilərə yaraşmaz.

Ana, hər gün bu Tanrıya deyiş de,
Acıqanla çarpış, vuruş, döyüş de,
Böyük Turər istəyinə yetiş de,
Çox sıtqamaq kişilərə yaraşmaz.


Otuz yaşda ərən çıxdı ocaqdan,
Oddur, sudur çəkir qandan ağını,
Gözlərində od oynayıb gülürdü,
Oddur, sudur çəkir qandan ağını.

On ildən çox şahlıq etdi Aratta,
İşdayağa yer göstərdn ər ata,
Saxlancları qabarmışdı yer altda,
Oddur, sudur çəkir qandan ağını.

Anasının Arannaydı şah adı,
İşdayaqdı onun qolu-qanadı,
Səslənirdi eldə qoşma, bayatı,
Oddur, sudur çəkir qandan ağını.


Mindiyarı on il əldə saxladı,
Barış, vuruş, döyüş, duruş içində.
Çoxlarını öz yerində oturtdu,
Barış vuruş, döyüş, duruş içində.

Vergiləri yavaş-yavaş azaltdı,
Ödəncinin ay-ilini uzatdı,
Çoxlarına üz-gözünü bozartdı,
Barış, vuruş, döyüş, duruş içində.

Asuriya bir də tutdu Şorgölü,
Çapdı, yoldu Şorgöldəki çox eli,
Ancaq yenə geri durdu o ili,
Barış, vuruş, döyüş, duruş içində.


Əltut oldu Mindiyara od-oçaq,
Böyükləri döyüş böyük saxlayar.
Adı qaldı Odər deyil, Aratta,
Böyükləri döyüş böyük saxlayar.

Balasq ilə İlam ilə bağlaşdı,
El-obanın on il günü çağlaşdı,
Çöldə, içdə acıqanlar ağlaşdı,
Böyükləri döyüş böyük saxlayar.

Yarağını, toplumunu artırdı,
Atlısını beş yüz minə çatdırdı,
Çaxnaşmanı, pozğunluğu yatırtdı,
Böyükləri döyüş böyük saxlayar.

O Çinellə Uğurelə söykəndi,
Asuriya Mindiyardan çəkindi,
Acıqanın varı, yoxu tükəndi,
Böyükləri döyüş böyük saxlayar.


Vergi verdi Çinel, Hindel, Həbəşel,
Şahlıqlara güc artıran vergidir.
Asuriya, Balasq, İlam baş əydi,
Şahlıqlara güc artıran vergidir.

O, Düzəri üç yol çəkdi sınağa,
Qoca üç yol durub çıxdı qabağa,
Ançaq Düzər ondan qaçdı uzağa,
Şahlıqlara güc artıran vergidir.

Duruş deyil, vuruş gəzdi Ər ata,
Ad qazandı Mindiyarda Aratta,
O yaşadı, kövrəkləşdi bu adda,
Şahlıqlara güc artıran vergidir.


Diş qıcıdıb yaraqlandı acıqan,
Barış qırıb düşük qoyur qancılı.
Asur el də qan-qan dedi neça yol,
Barış qırıb düşük salır qancılı.

Daraldıqca alış-veriş yolları,
Çarpaz qaldı qırıb çatan qolları,
Düyün düşdü saqqalları, yalları,
Barış qırıb düşük qoyur qancılı.

Arattanın üstün idi biliyi,
Yey bilirdi tanrıları, dirriyi,
Qızıl deyil, ağacdandı çəliyi,
Barış qırıb düşük qoyur qancılı.


Qılıncın bağı qasma,
Qasmadan qoyun asma,
Qancıl dili çox olar,
Hər dilə qulaq asma.

Balta qoydu bucağa,
O gəlibdi ocağa,
Bu on beş yaşlı qızı
Götürəydim qucağa.

Qaradağın başına,
Kəsi ollam qaşına,
Güllü döşlük olsaydım,
Sarılardım döşünə.


Bu gecə toy olacaq,
Qız-gəlin oynayacaq.
İlan vurmuş anası
Qızını qoymayaçaq.

Göydən uçan quşa bax,
Qanadı sınmışa bax,
Ellərə yaz gələndə
Bizə gələn qışa bax.

Gecələr yatan yerdə.
Döş-döşə çatan yerdə,
Ağ üzündən öpəydim
Sarmaşıb yatan yerdə.


Mən gedirəm o yüzə,
Qayıqda üzə-üzə,
Ay quşlar sevinin ki,
Meşələr qalır sizə.

Gəlinə bax, gəlinə,
Sarmaşaydım belinə,
O qızın incə beli.
Bir düşəydi əlimə.

Ay doğubdur bizlərə,
Qulaq verin sözlərə,
Dirriyim kəsi olsun
Yalqız yatan qızlara.


Oğlan otur daş üstə
Yumru papaq baş üstə,
Oğlan deyər bir öpüş,
Qızlar deyər baş üstə.

Suya gedən sarı qız,
Sarı köynək, sarı qız,
Gözləri şah alması,
Özü elin malı qız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов