Tus dedi ki: – Çıxaq ova bu gecə,
Səhər tezdən ovu axtar yuvada.
Ovda Tunqa zəhər verdi Pişikgöz,
Səhər tezdən ovu axtar yuvada.

Tunq zəhərdən qusdu, qusdu bayıldı,
O bir daha axşam çağı ayıldı,
Xəbər getdi uzaqlara yayıldı,
Səhər tezdən ovu axtar yuvada.
Tus söylədi: – Tunqər, səndən öc aldım,
Yaxşı oldu indi özün ayıldın,
Buraxıram səni, çıx get, zay oldun,
Səhər tezdən ovu axtar yuvada.

Tunq dinmədi, durdu qaçdı axmaza,
Zəhər çıxdı su qarışıq boğaza,
Üzdü, üzdü birdən çıxdı dayaza,
Səhər tezdən ovu axtar yuvada.

Suqıraqda dayanmışdı yaraqlı,
Gözləyirdi o, qılınclı, tutaqlı,
Yox etməyə Tunqu əlli-ayaqlı,
Səhər tezdən ovu axtar yuvada.

Zəhərlənmiş Tunq üzərək yarıcan,
Çıxdı sudan yarıhuşsuz, ölücan,
Qorxmasa da onu güdən qancıldan,
O yıxıldı ona dəyən qılıncdan,
Səhər tezdən ovu axtar yuvada.


Tunqsuz qaldı Turan, İran, Qobuçöl,
Tez inanan, tez aldanan, tez gedir.
Tus, Pişikgöz öc aldılar Turandan,
Tez inanan, tez aldanan, tez gedir.

Külək əsir, dolu yağır, qar düşür,
Bir-birindən hamı tez-tez soruşur,
Tunqər niyə kiçiklərlə dirəşib?
Tunqər niyə al qanına bələşib?!
Tez inanan, tez aldanan, tez gedir.

Qara geydi Turan, İran, Ekbatan,
Sevinirdi Balasq, Çin, Hind çox güman,
“Tunq ölübdür, Tunq gedibdir dünyadan”,
Tez inanan, tez aldanan, tez gedir.

Xəbər verdi bunu Turqa Qızılquş,
Dünən ovda Aləpərtunqa nə olmuş,
Qara geyib yer, göy, ölkə, dayanış,
Tez inanan, tez aldanan, tez gedir.

Şimşəkatı Turqər çapdı Başevə,
Gördü qancıl oxu dəyib hədəfə,
Yas yerində çox ağladı hər dəfə,
Tez inanan, tez aldanan, tez gedir.

Dedi: – Tanrı, Tunqu qaytar Turana,
Güc ver mənə batım Tusa, İrana,
Iran gərək dönsün olsun virana,
Tez inanan, tez aldanan, tez gedir.
Dedilər ki, İran yasa batıbdır,
Tus şahlığı üzərindən atıbdır,
Getmə ora, orda düşmən artıbdır,
Tez inanan, tez aldanan, tez gedir.

– Yaxşı olar gedib tapaq o yeri,
Yaxşı olar qırxı çıxsın Tunqərin,
Gedib açaq sonevini Tunqərin,
Sonevinə qoyaq çil-çil kəhəri,
Belə olsun gərək yasın təhəri,
Tez inanan, tez aldanan, tez gedir.

Turq örgəndi tamam olan qalanı,
Heç günahlı saymadı o İranı,
Günahlını ev-ev gəzdi,- hər yanı,
Tez inanan, tez aldanan, tez gedir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов