VII
Страница 1 из 2
Hüquq fakültəsinin salonu xüsusi bir səliqə ilə bəzənmişdi. Beş yüzdən yuxarı sanlar geyim-kecimli adamla dolmuşdu. Xoş bir ətir salonu bürümüşdü... Buraxılışa həsr olunmuş bu gecədə tələbələrin bəzi yaxın-uzaq qohumları, tanış-bilişləri əyləşmişdi. Birinci sırada oturanların içərisində Züleyxa, onun sağ tərəfində anası Şəhla, sol tərəfində isə Katibə xala əyləşmişdi. Geniş səhnə allı-güllü çiçəklər, parlaq rəngli məxmərlər içində itmişdi...
Mehman rəyasət heyəti içərisində oturmuşdu. Professor Məlikzadə danışığını qurtarandan sonra hüquq fakültəsini əla qiymətlə bitirən tələbədən on beş nəfərin adını çəkdi. Bugünkü təntənə şəraitində bir neçə tələbənin diplomunu verməyini lazım bildi. O, birinci olaraq Mehmanın diplomunu əlinə götürdü: təhsil müddəti içərisində onun əla qiymətlə hüquq fakültəsini qurtarmağını qeyd etdi. Professor diplomu qaldırıb yellətdi:
– Mehman!.. Mənim oğlum!..
Hamı əl çaldı. Mehman pörtə-qızara ayağa qalxıb diplomunu aldı. Professor Mehmanın boynunu qucaqlayıb alnından öpdü: bir neçə kəlmə də söz dedi. Yenə də salondan alqış səsi ucaldı. Hamı Mehmanın təhsil işindəki qələbəsini alqışladı. Züleyxanın əli hər kəsdən sonra dayandı, o yan-yörəsinə baxıb qıpqırmızı qızardı, başını aşağı saldı. Mehman qısıla-qısıla çəkilib öz yerində oturdu. O, dörd ay bundan qabaq cənazəsini çiynində apardığı ağsaçlı müəlliməsini xatırladı; sanki qar kimi ağsaçlı Məlikə xanım bu məclisdə idi, yenə də o, Mehmanı bir ana nəvazişi ilə dindirir, axırıncı vəsiyyətini edir. “Oğlum, təmiz vicdan, ləkəsiz ürək...” deyirdi. Mehman bu an salona göz gəzdirdi, çağırış verib dəvət etdiyi anasını burada görmək istədi. Ancaq Xatun gəlməmişdi. O yox idi. Mehmanın gözü Katibə xalaya, sonra da Züleyxaya sataşdı. Rəsmi hissə bitdi. Müsamirə başlandı. Müsamirə fasiləsində Katibə xala Mehmanı əldən qoymadı, onu bacısı Şəhla xanımla tanış etdi:
– Bizim Züleyxanın anasıdır, Mehman xan! – deyib güldü.
Qara krepdeşin libaslı, ortayaşlı, qarasaçlı, doluəndamlı qadın uzunkirpikli, iri gözlərini dolandırıb:
– Təbrik edirəm, oğul, – dedi, – ürəkdən sevinirəm! Mən məhz sizin xatiriniz üçün belə yerə gəlmişəm!..
Katibə xala Mehmanı kənara buraxmayıb öz yanında oturtdu, onlar axıra qədər birlikdə müsamirəyə tamaşa etdilər. Nə isə Mehmanı bir ağırlıq yenə də öz altına almışdı. “Necə olsun?” O, nə durub gedə bilir, nə də rahat otura bilirdi. “Bəs nə təhər olsun?..” Müsamirənin qurtarması elə bil ki, Mehmanı ağır bir əzabdan xilas etdi. Adamlar durub səs-küylə dağılışmağa başladılar. Mehman həyətə çıxdı, Katibə xala qədər də dil tökməklə onları müşayiət edib öz evinə yollandı. Şəhla xanım, Züleyxa və Mehman birlikdə addımladılar... Onlardan heç biri danışmırdı. Dünyagörmüş Şəhla xanım Mehmanın hər bir hərəkətini izləyirdi. İndi daha daxili bir vüqar, ağırtəmkinli bir sükut içində addım atan gənc oğlan Şəhlanın diqqətini özünə cəlb edirdi. Onlar Şəhla xanımgilin darvazasına çatan kimi Mehman ayağını saxlayıb:
– Məni bağışlayın! – dedi.
– Nə oldu? – Şəhla xanım heyrətlə soruşdu.
– İcazənizlə mən qayıdım, deyirəm!
Şəhla xanım gülə-gülə Mehmanın qolundan tutub:
– İndiyə kimi buraya siz ikiniz gəlmişsiniz, indi də buradan belə, mən sizin yolunuzu açıram, – deyə qəti bir ifadə ilə cavab verdi. – Bir də sizin ali məktəbi elə uca qiymətlə qurtarmağınız şərəfinə, sizi, özüm hazırladığım mürəbbə ilə ətirli bir çaya qonaq etmək istəyirəm... Sonrası da zəfəranlı bir plova!..
– Çox sağ olun, anam evdə təkdir!
Züleyxa qolundakı daş-qaşlı qızıl saata baxaraq:
– Hələ yatmaq vaxtı da deyil, – dedi, – haraya belə tələsirsiniz, Mehman?
– Doğrudan da, indi hələ yatmaq üçün çox tezdir, – deyə Şəhla xanım üzünə salıb Mehmanın qolundan yapışıb çəkdi. Onlar daş pilləkənlə üzüyuxarı, ikinci mərtəbəyə qalxdılar. Şəhla xanım barmağı ilə zəngin düyməsini basdı, xidmətçi qadın qapını açdı, onlar içəriyə girdilər.
Mehman yeni gördüyü evə nəzər saldı, onun zəngin bəzək-düzəyini ötəri seyr edib əyləşdi. Şəhla xanım özü-öz əlilə çay dəmləyib özü də buğlana-buğlana süzdü. Sonra o, çayları parıldayan podnosa düzüb üstünə ağ süfrə salınmış stolun üstünə gətirdi. Şəhla xanım kamodun siyirmələrini şaqşaraqla açdı, mürəbbə dolu bankaları gözdən keçirdi, nəhayət, süfrəyə beş cürə mürəbbə düzdü. Sonra da “şəkərbura”dan söz açıb özünü xeyli təriflədi. Şəhla xanım gülə-gülə, şaqqıldaya-şaqqıldaya danışdı, Mehmana və Züleyxaya söz atdı, cavanlığından söhbət açdı.
– Ömrün balı cavanlıqdır! – deyə xanım sürmələnmiş qaşlarını dartdı. – Ancaq getdikcə baxırsan ki, o, göy alça kimi turşuyur. Yadımdadır, bir gün bizim Mamayla tanış olduq!.. Hə, bəli, o vaxtın hər dəqiqəsi nəinki bir ay, bir ildən də qiymətli idi. – Şəhla xanım danışa-danışa qaşlarını çəkir, adəti üzrə, yüksək mədəniyyətini nümayiş etdirmək, Mehmana göstərmək istəyirdi. – Bir gün, bəli, görüş yerinə biçarə ləngimişdi. Mən də düzü, bərk darıxdım. O, gəldi çıxdı, mən üzümü yana döndərib küsdüm. O, cibindən həmin bu saatı çıxarıb qoluma bağladı. – Şəhla xanım qızının qolundakı qiymətli saatı göstərdi. – Dedi: “Təxirə səbəb budur”. Mən razılaşmadım. Dedim: “Doğrudur, qadını qızıl ilə aldadarlar, ancaq mən öz soltanlığımı yüz belə sarı mədən parçasına vermərəm!..”
– Mamay da öz saatını tezcənə qabağa çəkir, – deyə Züleyxa anasına tərəf nəzər saldı. – Heç gör yeridir?..
– Yox, sözüm onda deyil, saat sənindir!.. Təzədən maman bu saatı bağlamış nə qayıracaqdır?.. Atanın yadigarı qızına çatar, əlbət!
– Yox, ilk sevginin yadigarı toxunulmazdır, – deyə Züleyxa qolundakı saatı açdı, – əlbət, vaxt olar ki, biz də öz arzu etdiyimiz saatımızı bağlarıq!!.
Züleyxa bu sözləri deyib Mehmana altdan-altdan baxdı. Mehman əlini çay qaşığının qulpuna atdı, iri dənəli zoğal mürəbbəsindən götürdü. Şəhla xanım pörtən Mehmanı süzüb:
– Bizim Züleyxa bu neçə ildə bizim bu evdə, hey “Mehman qağa” deyib dilinin əzbəri eləyibdir, – deyə Şəhla xanım ara pərdələri yırtmağa başladı. – Axşam da məni zor-güc çəkə-çəkə konsertə aparıbdır!.. Hərçənd xalası da Züleyxaya köməkçi çıxıb, ancaq mən görürəm ki, sizin xatiriniz üçün getməyinə dəyərmiş!.. Çünki biz belə ürəyiaçıq yaranmışıq!.. Nə ki ürəyimizdədir, o da dilimizdədir!.. Biz ürəyimizi, sinəmizin altında gizləməyi bacarmırıq!.. Xoşlayırıq, deyirik xoşlayırıq!.. Züleyxa bu barədə lap mənə oxşayıb, mamasına!.. Bizim nəsildə qız bir cürə erkək olubdur!.. Düzü gülməli çıxsa da mən özüm o yazıq Mamayı elçiləmişəm, – Şəhla xanım dönüb divardakı xurmayıpapaqlı, burmabığlı, boğazına qara bant bağlanmış dolğun bir şəkli göstərdi. – Züleyxanın papasıdır, Mamay!.. Axırda elə eşq yetirdi ki, buradan durub başqa şəhərə ticarətə gedəndə teleqraf əlindən qapımızın zəngi kəsmədi. Bir cavab verməyəndə iki teleqram gələrdi “nigaranam”. Ürəyimiz belə olubdur, mənim öz mamam da belə olub, düzü biz öz ürəyimizin əsiri olmuşuq!.. Yəni ürəyimiz tutanı, əlimiz buraxmaz!..
– Mama!.. Mama!..
– Düzü belədir, qız, gizlətməyinə dəyməz!.. Mən ki, dəftər-kitabı hələ başqa bir yana tullazlamamışam ki, – “mama başıma girmir”. Əsəbilik, ürək döyüntüsü, həkim-həkim üstündən!..
– Mama, axı?
– Elə qəsdən deyirəm ki, bu qaradinməz Mehmanın da bilsin!
– O özü bu işləri mürəkkəb sayır!
– Mürəkkəb, ya qələm! Mən sənin iztirablı nəğmələrindən cəzana gəlmişəm!..
Mehman qəribə, doğrudan da çox mürəkkəb bir vəziyyət keçirirdi: “O, buraya niyə gəlmişdir?.. Gəlməsə olmazdımı?.. Nə üçün o belə edir, kim, hansı bir qüvvə onu zor-güclə tutub, çəkə-çəkə buraya gətirir? Axı nə üçün o könülsüz olduğu halda tamamən qəti addımlarla bu evdən birdəfəlik üz çevirib uzaqlaşmır?.. Bu nə yarım addımdır?” – Mehman daxilən öz-özünü danladı, stəkandakı son qurtum çayı da içib nəlbəkini səsləndirdi.
– Məni bağışlayın, – deyə o, bu açılan söhbətə öz münasibətini bildirmədən durub getmək istədi. – Məni bağışlayın, mən gedim, – deyə Mehman ayağa qalxdı.
– Yox, mən heç də razı deyiləm! – deyə Şəhla xanım pırpızlı başını buladı. – Mən dedim ki, fakültəni qurtarmaq şərəfinə böyük bir ziyafət süfrəsi açacağam!.. Necə deyərlər, sizin bu təzə dildə, bu hələ kiçicik müqəddimədir!..
– Çox sağ olun, mən heç bu “mürəbbə-çay” zəhmətinə də razı olmazdım!
– Ana öz oğlunun yolunda zəhmət çəkməlidir!
– İcazənizlə, mən gedim!
– Yox, siz qalacaqsınız! – Şəhla xanım Mehmanın qolundan xüsusi bir ərklə yapışdı. – Mütləq qalacaqsınız!.. Mənim açıq söhbətim sizi əsla qorxutmasın!.. Mən ürəyimi açdım! Mən elə bilirəm ki, bu hal gec-tez beləcə açılacaqdı, mən ancaq tez açdım! Mən “mıs-mıs” yox, elə birbaşa “Mustafa” dedim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-vii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda
XXXIIIMurtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:
XXXIVYavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..
XXXVBəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!
Стихи других поэтов
Feyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Təsəlli— Abdulla:Çıxdı əlimiz ata-anadan
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.