VII
Страница 2 из 2 · 50%
– Çox sağ olun, məni anam qapı ağzında, sabaha qədər də olsa gözləyəcəkdir!
– Qoy ananız birdəfəlik oğlu üçün yol gözləməkdən gözünü çəksin!..
Züleyxa, Mehmanın getməyindən, özü də Şəhla xanımın bu söhbətlərindən hürküyə düşərək həmişəlik uzaqlaşacağından həyəcan keçirərək, nəvazişkarlıqla onun qarşısına yeriyib:
– Bəs siz deyirdiniz, analar ancaq qızları üçün narahat olurlar? – dedi və yenə də öz iri gözlərini gilələnmiş yaşla doldurdu.
– Qız-oğlan, hər kəs üçün ana ürəyi narahatdır!
Şəhla xanım gülə-gülə:
– Bu lap doğrudur, hər kəs üçün ana ürəyi titrəyir!
– Çox sağ olun, mən üzr istəyirəm!
Şəhla xanım ara qapını açıb lampanı yandırdı, bəzəkli otaq çilçıraq içində parıldayırdı.
– Bax, sizin yerinizdir, qorxmayın, rahat olarsınız!..
– Mən heç bir zaman başqa yerdə yatmamışam!
– Ana qoynundan çıxmaq, ayrılmaq lazımdır!
– İcazənizlə, mən gedim!
– İcazəmizlə getməyəcəksiniz, – deyə Züleyxa qıpqırmızı qızarsa da belə hikkələnib birdən-birə Mehmanın qolundan tutub sallaşdı, – qız əmr edən yerdə oğlan susar!
– Sizi bilmirəm, Mamayla bizim sevgimiz açıq idi. – Şəhla xanım qızına köməkçi çıxdı.
Mehman pırçım-pırçım tər tökürdü.
– İcazənizlə, – deyə o, bir də hərəkət etdi.
– İcazə yoxdur! – deyə Züleyxa ərklə inad etdi. Şəhla xanım içəriyə girib çarpayını açdı:
– Bir qızım var, qoy bir də oğlum olsun!..
– Anası gözləyir, – deyə Züleyxa divara tərəf əyilib gözlərini sildi. “Qızlar o qədər danışıblar, mənim adımı bu Mehmanla o qədər çəkiblər ki, mən özüm də o qədər inada düşmüşəm ki, bütün dünya gülsə də o qədər bağlanmışam ki!.. Axır, mən, Allah da bilir, bütün rəfiqələrim də, başqa bir adı dilimə gətirməmişəm... Bəs necə olacaqdır?..” – Qızlara xas olmayan kobud yollarla da olsa, Züleyxanın həyəcanı artır, o öz hərəkətləri ilə qızların dil-dişinə düşdüyündən, tutduğu bu yoldan heç bir vəchlə dönmək istəmirdi... Adətən, oğlanlar özlərini göstərər, qızlar isə ürəklərini gizlərlər!.. İndi isə qəribədir, bəlkə adətdən xaric də olsa, Züleyxa bu işi belə başlamış, əzəldən çəkinməmiş, beləcə təbii axan bir hisslə davam etmişdi. O, xəyalən Mehmanla az əylənməmiş, öz yuxularında Mehmanı az görməmişdi... İndi, Mehman əldən çıxıb birdəfəlik gedərsə, bəs onda Züleyxanın bu iztirabları necə olar?.. Əgər Mehman bir qədərdən, öz gələcək həyatını başqa bir qızla qurarsa, Züleyxa nə edər?.. Züleyxanın xəyalı dolanırdı... Deməli, iş belə bir düyünə, belə bir təzada düşür?!. Mehman da qayıdıb oturduğu halda, bu səssizlik içində özünə haqq-hesab verirdi. Əgər, Mehmanda Züleyxaya qarşı, cüzi də olsa bir meyl artmağa başlasa da, o, əsla bu krepdeşin geyimli Şəhla xanımın hərəkətlərini öz ürəyinə sığışdıra bilməyəcəkdi!.. Gələcəkdə kimi atmaq, kimi tutmaq məsələsinə gəlincə, Züleyxa necə hərəkət edəcək, nə deyəcəkdi?.. Bu cəhət bütün ziddiyyətlərilə Mehmanın təsəvvüründə canlanmağa başlayırdı...
Saat iki radələrində Mehman yan otağa keçib soyundu. Yumşaq çarpayıya uzandı. Mehmanın ürəyini müəmmalı bir həyəcan götürür, sanki çarpayıdan ağ bir alov qalxırdı.
– İcazənizlə, – deyə bir səs gəldi. Mehman çarpayıda yığışıldı. Kirpikləri quruyub cütləşmiş Züleyxa qapının qanadını açıb içəriyə girdi:
– Siz yatmamısınız, Mehman?
– Xeyr!..
Züleyxa əl atıb lampanı yandırdı və:
– Mən ki, mütaliəyə keçmişəm, – deyə kədərli də olsa gülümsədi, – görürsünüzmü, Füzulidir!
– Füzuli çox böyük şairdir!
– Siz də Füzulini oxumusunuzmu?
– Az-çox xəbərim var!
– Onda, – deyə Züleyxa həyəcanla kitabı açıb:
– “Yarəb, bəlayi eşq ilə qıl aşina məni, –
Bir dəm bəlayi eşqdən etmə cüda məni.
Az eyləmə inayətini əhli-dərdidən,
Yəni ki, çox bəlalara qıl mübtəla məni”.
– deyə oxudu.
Hər ikisi bir anlığa susdu, sonra Züleyxa kitabdan gözünü ayırıb:
– Cinayət-cəza məcəlləsi Füzulini bu şeir üstündə məsuliyyətə cəlb etmirmi? – deyə daxili bir kinayə ilə soruşdu.
– Bizim hüquq elmi hər hansı zorakılığın, haqsızlığın əleyhinədir!
– Haqsızlıq özü də şərti deyilmi? – Züleyxa kitab əlində deyintili bir hərəkətlə yumşaq stulda oturdu.
– Necə deyər, hansı nöqteyi-nəzərdən?
– Bu nöqteyi-nəzərdən ki, biri qova, biri qaça, hər ikisi də Allahı çağıra, kim haqlıdır!..
– Səbəblərini ayırd etmək, sonra müəyyən etmək olar!
– Səbəbi aydın olmayan çox mürəkkəb bir sirr olarsa?..
– Bu dünyada hər hansı bir hadisənin səbəbini izah etmək mümkündür!
– Hüquq elmiləmi? Yaxud fəlsəfə ilə?
– Əlbəttə hər ikisi ilə!
– Bəs Füzulini?..
– Füzuli şahin şəhpərli bir şairdir!
– Onun eşq divanını nəzərə almayan, bəs cinayət-cəza məcəlləsinin hansı bir maddəsi ilə cəzaya cəlb olunur?
– Dedim o, hər iki tərəf üçün eyni müvazinətdə olmalıdır!
– Tərəfin biri bədbəxtliyindən alov, o birisi xoşbəxtliyindən buz olarsa?..
– Bu çox böyük fəlsəfədir!
– Fəlsəfə qocaldıqca hikmət kəsb edir, insan qocaldıqca ölür!
– Bizim zəmanəmizin gəncliyi üçün ölüm biganədir!
– Eşq divanı diqqətsiz buraxılan yerdə ölüm ən doğru hakim deyilmi?
– Özünə qəsd edənlərin böyük cəzası vardır!
– Bəs vadar edənlər necə?
– Onun da cəzası vardır!
Şəhla xanım o biri otaqdan dilləndi:
– Ay qız, belə gəl, qoy uşaq yatsın!.. Mənim də yuxum gəlir!..
– Onsuz da adam yaşadığından çox yatacaqdır. Vay ondadır ki, yaşayanda da yatasan. Belə deyilmi, Mehman? Hüquq elmində belə bir maddə varmı?
– Hüquq elmi böyük məsələlər qoyur!
– Yaşamaqdan da böyük bu dünyada nə məsələ ola bilər?
– Ay qız, gəl qoy uşaq yatsın!
– Qoy əlaçı tələbə imtahan versin, ana! – Züleyxanın kədərli gözləri iztirablı yaşla doldu.
– Ay balam, imtahan komissiyası deyilsən ki?!.
– Mən komissiyayam, məcəlləm də Füzulinin divanıdır. Qoy Mehman mənə axırıncı imtahan versin!
– Ay qız, belə gəl! – deyə Şəhla xanım gəlib Züleyxanın qolundan tutub çəkdi və qapını örtdü:
– Qoysana, bir uşaq yata, qız!
– Qoysana, ana, xəncərləyəm, – Züleyxa üçüncü otağa keçdi, için-için hıçqırdı – mən bədbəxtəm!..
– Bəli, bizim qız da buz kimi bir oğlan divanəsi olmuşdur!..
Mehman, sabaha kimi yerinə odlu bir qor dolmuş kimi əlləşdi, hava işıqlananda qurcalanıb durdu, geyinib ayaq barmaqlarının ucunda evdən çıxdı. Günəş dənizdən qalxır, onun qızılı saçları şəhərin qalın divarlarını örtürdü. Mehman küçələrdən tez-tez keçib döngələri döndü, dalana tələsik çatdı. Böyük intizarla Mehmanın yolunu gözləyən ana özünü oraya-buraya çırpmış, sonra bükülərək ağsaçlı başını öz arıq dizlərinin üstünə qoymuş, solğun bir sifətlə qapı astanasında mürgüləmişdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-vii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda
XXXIIIMurtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:
XXXIVYavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..
XXXVBəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!
Стихи других поэтов
Feyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Təsəlli— Abdulla:Çıxdı əlimiz ata-anadan
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.