XLVIII
Страница 2 из 2 · 50%
Mehman yeyin addımla səhnəyə çıxdı və xitabət kürsüsünə gəldi. O, qanun-əsasidən başlayaraq sovet vətəndaşlarına verilən böyük hüquqlardan danışdı. Mehman qədim quldarlıq, feodallıq, sonra kapitalizm cəmiyyətlərindəki insan hüquqsuzluğundan xeyli bəhs etdi, o bu cinayətlərdəki dözülməz istismar formalarından, əməkçi insanların ağır güzəranlarından bəhs açdı. Sonra Mehman yeni sovet adamının azad kalam, azad əmək, azad vicdan hüquqlarından, gənclərin, yeni sovet adamının kapitalist cəmiyyətlərinə görə müqayisəedilməz böyük üstünlüklərindən söz açdı... Salon mühazirəçini diqqətlə dinləyir, komsomol katibi özü də hüquqşünası maraqla süzür, onun natiqlik məharətinə heyran qalırdı. Mehman danışıqarası həyatdan misallar gətirir, öz ilk təcrübi işlərində təsadüf etdiyi qanunsuz hərəkətləri göstərirdi:
– Bizim yeni adamlarımız yeni əxlaqla tərbiyə olunmalıdırlar, yoldaşlar, onlar yaltaqlıqdan, qorxaqlıqdan, xəsislikdən, paxıllıqdan, namərdlikdən, ikiüzlülükdən, fitnəkarlıqdan, böhtançılıqdan uzaq olmalıdırlar! – Mehman bu sözlərdən sonra yenə də ötən cəmiyyətlərə qayıdaraq; tarixdə azlığın necə də çoxluğun qanını zəli kimi sormağını göstərirdi. O, Yer kürəsinin altıda bir hissəsində Oktyabr inqilabının böyük bəhrələri nəticəsində istismarın necə ləğv olunduğunu deyirdi. Məruzəçi istehsal qüvvələrinin inkişafını, cəmiyyətin tərəqqisini və gələcəyini qeyd edirdi. Mehman, yaranan və yaranmaqda olan maddi əsaslardan misallar gətirib məruzəsini zənginləşdirməyə çalışırdı:
– Bəli, bizim yeni adamların əxlaqı, daha doğrusu, mənəvi aləmi mütəqabil dostluq, etibar, mərdlik, cəsarət və bu kimi gözəl sifətləri özündə cəm etməlidir! Biz, inkişafımıza maneçilik törədən hər hansı bir adama qarşı, hər hansı köhnə nüfuz və hazırkı mənsəbinə baxmadan mübarizə aparmalı, bu, ya digər şəkildə özünü göstərib qarşıya çıxan müqavimətləri, əngəlləri qırmalıyıq! – Mehman nəzərini salondan çəkib səhnədə, stol arxasında tək əyləşib əlini çənəsinə dayayan, sakitliklə məruzəçini dinləyən Əhmədova tərəf baxıb qeyd etdi. - Bəli, dəhnələri qranit kimi möhkəmlətməli, onları aylar, illər üçün yox, əsrlər və nəsillər üçün etməliyik! – Mehman onu dinləyən beş yüz nəfərlik salona tərəf dönüb inamla davam etdi. – Bunlar hamısı, yoldaşlar, daxili bir saflıq, təmizlik tələb edir!.. Zahiri geyim, zahiri mədəniyyət əgər daxili aləmlə təmiz vicdan, ürəklə bağlı olmazsa, o, sabun köpüyü kimi boş olacaqdır. Bir adamın əxlaq qaydaları onun daxili, zəngin mənəvi aləmi ilə bağlı olmazsa, o, nə qədər təmtəraqlı olsa, yenə də qum üstündə kartondan qurulan bir evciyə bənzəyəcəkdir!..
– Doğrudur, düzdür! – deyə yerdən səslər gəldi, gənclər içində danışıq getdi.
Sədrlik edən Əhmədov sakitlik tələb etdi, məruzəçi davam etdi:
– Bəli, yoldaşlar, ürək təmiz olmazsa, ləkəli olsa, dil nə qədər hərarətli, şirin olsa, yenə də ürək ahəngsiz işləyəcəkdir! Əgər daxili aləmdə bir çürüntü varsa, o özünü mütləq göstərəcəkdir! Bizim hər hansı hünərimiz, bax, elə yaradıcı yeni bir dünya, yeni bir dəhnə, yeni bir aləmdir!.. Bizim qurub-yaradan nəsillərimizin mənəvi aləmi ayna kimi şəffaf olmalıdır!.. Bir adam təsadüfən bir əzasını, deyək, əlini qolunu, hətta gözlərini belə itirsə, yenə də o yaşayıb yarada bilər!.. Əgər bir adam öz ürəyini ləkələr içində itirsə, cismən yaşasa da, mənən yaşayıb yarada bilərmi? – Mehman danışdıqca vaxtilə bu sözləri ona tövsiyə edən ağsaçlı adamların simaları gözünün qarşısında görünürdü. – Bəli, komsomolçu və gənc yoldaşlar, gərək bizim ürəklərimiz həyat eşqi üçün, xariqüladə işlər görmək üçün tükənməz bir cürətlə dolmuş olsun!.. Gərək ürəkdə heç bir ləkəli, kölgəli cəhətlər olmasın!.. Əgər bir ürəyə bir iynə ulduzu qədər balaca bir ləkə düşərsə, o, adamın gözəl sifətlərinə də kölgə salar. Ləkəli bir ürəkdə nə təmiz bir adamla üz-üzə gəlib danışmaq, nə də düşmənlə çarpışmaq üçün bir cürət ola bilər! Heç kəs bilməsə də, oğru hansı bir cürətlə doğruluqdan danışa bilər?..
– Doğrudur, düzdür! – deyə yerlərdən səs yayıldı.
Əhmədov:
– Sakit olun, yoldaşlar! – dedi.
Mehman davam etdi:
– Hə, yoldaşlar, heç kəs bilməsə də, satqın bir ürək hansı bir üzlə sədaqətdən danışa bilər? – Mehman məruzəsinin bu yerini ağır-ağır oxumağa başladı. – Deməli, bizim gəncliyin, bir sözlə, bizim yeni nəslin əxlaq aləmini bir təmizlik təşkil etməlidir! Məncə hər bir yeni adam – gənc nəsil əxlaq məsələsində, bu xüsusiyyətləri nəinki dilində əzbər etməlidir, o, bu yeni keyfiyyətləri, fövqəladə bir saat kimi mütəmadiyən işləyən ürəyində hifz etməlidir!.. Mənim ağsaçlı bir müəlliməm vardı – Məlikə xanım, mən onillik məktəbi qurtaranda mənə demişdi: “Hər hansı sənətə gedirsən get, ancaq ürəyini ləkələmə!” – Mehman son sözləri dediyi zaman pəncərənin laxlayan şüşəsi cingilti ilə yerə düşüb çilik-çilik oldu. Hamı boylandı, salon ağzınacan dolu olduğundan, qapıdan içəri girə bilməyən Qaloşlu adamın başı pəncərədən içəri, xitabət kürsüsünə tərəf uzandı. O, Mehmana şübhəli, istehzalı bir nəzərlə baxırdı. Onun dodaqları aramsız tərpənirdi: “Qəşəng danışıq?! Təmizlik?! Ləkə!..” Qaloşlu adam bu sözləri pıçıltı ilə söyləyirdi...
Kamilov və Murtuzovun bir az bundan əvvəl Qaloşlu adamla görüşmələri onu gətirib buraya çıxarmışdı. İndi isə Qaloşlu adam dayanmadan hərəkət etməli, atdığı torun dəstəsindən yapışıb onu özünə tərəf çəkməli idi... Mehmanın irəlicə burada, sonra Bakıda müşavirə zamanı keçirdiyi şübhəli həyəcan, anası Xatunun qayğı və iztirabları Mehmanı bir daha şübhə ilə bürüməyə başlayırdı... Qırışıq sifətli Qaloşlu adamın tərpənən dodaqları, hansı bir sirri bu salon qarşısında açmaq istəyirdi?.. – Bəli, Qaloşlu adamın istehzalı baxışları, saymazyana bir əda içində tərpənən qansız dodaqları Mehmanın fikrini dağıdırdı. İndiyə qədər Mehmanın qabağında ikiqat əyilən, yer-yurddan kağız qırıntılarını toplayan bu adam, nə üçün bu gün burada özünü belə naqqal aparır?.. Nə üçün Qaloşlu adam çəkinib utanmır. Üzüsusuz bir həyasızlıqla, döşünə döyən bir uğursuzluqla öz qırışıq burnunu göstərir? “Bəlkə Qaloşlu adam; möhkəm bir düyünü əlinə keçirmişdi?”
Mehmanın fikri dolandı, istər-istəməz onun ilk şübhələri bir daha təsəvvüründə canlandı. Mehmanın gözlərinə həmin aynaya əks salan “sarı saat” sataşdı.
– Yoldaşlar, ağsaçlı müəllimə deyirdi ki...
Sədr məruzəçiyə tərəf baxıb, zınqrovu yuxarı qaldırdı:
– Yoldaşlar, nə oldu, dünya-zad uçmadı ki? Bir göz şüşədir, sındı, sındı, sabah saldırarıq!
O, zəngi çalıb üzünü Mehmana tutdu:
– Buyura bilərsiniz, yoldaş mühazirəçi!..
– Hə, elədir, yoldaş Əhmədov, mən ləkə məsələsindən deyirdim!.. Ləkəni yaxın qoymamaq!.. Ayıq olmaq!.. Hər yerdə, hər zaman ayıq olmaq lazımdır, yoldaş cavanlar!
Mehman əl atıb katibin doldurduğu stəkanı götürdü, son qətrəsinə qədər içdi. O, sözlərini bir yerə yığıb qurtardı. Sədr iclası qapadı. İzdiham danışa-danışa bayıra çıxdı. Mehman kənar kəsmə bir yol aldı.
– Qəşəng danışırdınız, – deyə Qaloşlu adam mühazirəçiyə yanaşdı.
– Siz prokuror oğlan, təmizlikdən yaxşı danışırdınız!.. Ancaq belədirmi, dəm vurduğunuz kimidirmi?..
Mehman dirsəyi ilə vurub nə qədər rədd etmək istəsə də, Qaloşlu adam Mehmandan üzülmür, bir addım belə olsun geri qalmırdı:
– Su ilə boğaz yaşlayıb doğruluqdan danışmaq olmaz, – deyə o xırıldayır, girəvəni əlinə keçirən namərd qatil kimi, sanki xəncəri xəncər üstündən saplamaq istəyirdi.
– Əgər biz deyən olmasa, özündən küs!.. Balışa nə olub, cəhənnəmə, gora ki, kluba gedib! Qol götürüb diringi oynamıyaydı?!. Zərrintac da gərək qurtarsın!.. Kamilov üçün topladığın daşı ətəyindən yerə tök! Gərək o Murtuzov deyən kimi hərəkət eləyəsən!.. Yoxsa Züleyxa xanımın qolunda... parıldayan “arı” açılacaq, özün də rüsvayi-cahan olacaqsan!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xlviii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həlaku xan gəlini Ərmağanın gözlənilmədən üzə ağ olduğunu, pəjmürdəhal rəxt-xaba düşdüyünü görüncə kobud hərəkət etdiyini başa düşdü. O, oğlu Ərdahanı xəlvət guşəyə çəkib ona təkidlə tapşırdı ki, bu cəngəlli işdə bitərəf dayanmaq daha faydalıdır. Məmalik xanın özünə varis qazanmaq iştiyaqına düşməsi onları nə qədər göynətsə də, gərək hisslərini dərində gizləsinlər, hələ-hələ üzə açılışıb, bir söz deməsinlər. Çünki qoca Məmalik nə qədər atılıb-düşsə də, daldan atılan daş topuğa dəyəcək, Məmalik mülkü həlakuların olacaqdır! Qəzanın qədərindən oğlan övladı olmadığı üçün qoca uduzubdur, indi daha onun vaxtsız banlamağı, Pəhləvan Məhəmmədin yetimçəsini özünə gəlin gətirməyi bicadır.– Birdən qocanın bu əməli baş tutdu? – deyə Ərdahan atasının qarşısında öz nigarançılığını gizlətmək istəmədi. – Birdən Məhəmmədin yetim qızı düzmü, əyrimi pəhləvan babasına bənzəyən bir oğlan varisi doğdu, onda bəs necə?
Məhtaban 7Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...
Məhtaban 8Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.
Məhtaban 9Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:
Стихи других поэтов
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Ellərə doğruNə ola bir şadlıq xəbəri gələ,Yüklənə barxanam ellərə doğru.
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,