Arazın o tayında
Страница 3 из 3 · 67%
– Qardaşımın və oğlunun ya dirisini, ya ölüsünü bizə qaytarın – dedi.
Kənd ağsaqqallarına müraciət etdik. Qarət olunmuş şeylər bir saatın içində xanın evinə qaytarıldı. Kənd əhalisi meydançaya toplaşdı.
Hamı bir ağızdan xanın və oğlunun qaçdığını söyləyirdi. Əmniyə rəisi deyirdi ki, “bu yalandır, xanı öldürmüsünüz. Görünür günahı varmış ki, öldürmüsünüz”. Meydançaya toplaşanlar bir-bir xanın zülmündən, oğlunun qızların namusunu pozmasından xeyli danışdı. Bir gənc qadın başını aşağı dikərək Xan oğlu tərəfindən zorlandığını danışdı.
Bir qoca kürkünü qaldırıb belindəki xəncər yaralarını göstərdi. O dedi ki, Xan oğlu nəvəmi zorlamaq istəyirdi. Mən harayına yetişdim. Xan oğlu həyətimdəki meyvə ağaclarını doğramağa başladı. Mane olmaq istəyəndə xəncərlə bir neçə yerdən məni yaraladı.
Divana şikayət etdim. Səsimi eşidən olmadı. Kəndlilərin arasında pəhləvan gövdəli birini tanıdım. O vaxtilə (Qulam Yəhya) Bakı neft mədənlərində işləyirdi. Mən xəlvəti ona başa saldım ki, əmniyə rəisi köhnə qurddur. Onlardan şübhələnir. Sabah gecə Səraba yanımıza gəlsinlər. Gecəni kənddə xanın evində qalmalı olduq. Kəndlilər gecə yarısına qədər bizə suallar yağdırırdılar. Əmniyə rəisi onlara belə deyirdi: “Əqlinizi başınıza yığın. Bu gün-sabah müharibə qurtaracaq. Bunlar öz vətənlərinə qayıdacaq. Yenə burada sizinlə biz qalacağıq”.
Mən kəndlilərə bir neçə şeir oxudum. “Durnalar” şerimi oxuyandan sonra soruşdum ki, bu şeir onlara çatdımı? Bir kəndli dedi:
– Ağa, niyə, ürəyimin qulağı var, gözü var.
Durnalar bizux da”.
Bu söz sonra mənim bir şerimin sərlövhəsi oldu. Kəndlilər evlərinə dağılışdı. Biz xalılar üzərində yatmalı idik. Əmniyə rəisi və əmniyələr biləklərini və ayaqlarının açıq tərəfini qaytanla bərk bağladılar. Biz təəccüb etdik. Sən demə özlərini bitdən müdafiə üçün tədbir görürmüşlər.
Sabahı Səraba gəldik. Bir evdə rahatlanmaq istədik. Gecəyarı Qulam Yəhya bir yoldaşla yanımıza gəldi. Lampa işığında söhbətə başladıq. Onlar xanın və oğlunun həmin kənddə otaqda boğdurulub yol üstündəki quyuya atıldığını bildirdilər.
Artıq bu adamların burada qalması təhlükəli idi. Səhər tezdən görüşməyi qərarlaşdırdıq.
Lakin sübhə qədər yata bilmədik. Bədənimizi nə isə yeyirdi. Bəlkə qaşınma xəstəliyinə tutulmuşduq, deyə düşündük. Köynəklərimizi yoxladıq. Əlimizdə bitlər sıra-sıra düzülmüşdü. Dəhşətə gəldik. Sübh tezdən iki yoldaşı Ərdəbildən Təbrizə gedən hərbi yük maşınıyla yola salıb özümüz də orada qalmayıb hərəkət etdik. Mehmanxana həyətində soyunub paltarımızı yandırmağa verdik. Təmizlənib təzə paltar geydik. Təbrizdə Q.Y. yoldaşın taleyi bizi çox nigaran qoymuşdu. Bizə xəbər çatdı ki, Q.Y. yoldaşı tutublar. Sərab əmniyə rəisi Təbrizə telefonla xəbər çatdırıb ki, Q.Y. yoldaşı sovet maşınında yola salıblar.
Mən şairliklə yanaşı, bir fədaiyə dönmüşdüm. Ürəyim cənublu qardaşlarımızın çəkdikləri müsibətlərə, əzablara tamaşaçı kimi baxa bilmirdi. Təbriz ziyalıları, ətraf kəndlərin nümayəndələri yanıma gəlib dərdlərini danışırdılar. Mən də onların arzularını məndən rütbəcə böyük yoldaşlara çatdırırdım. Hər ailənin, hər adamın həyatı, güzəranı bir böyük kitaba sığmayan hadisələrlə doluydu.
Q.Y. yoldaşın taleyi ilə məşğul olduq.
Mirzə ilə mənim yanıma iki adam tez-tez gəlib hər xahişimizi yerinə yetirməyə hazır olduqlarını bildirdilər. Bunlardan biri Milli Qəhrəman Səttarxanın kürəkəni idi. Çox ucaboy, pəhləvan gövdəli bu adam deyirdi ki, kimi istəyirsinizsə gedib vurum. Mən bunlardan çox zülmlər çəkmişəm. Biz onu başa salırdıq ki, İran torpağına gəlməkdə məqsədimiz başqadır. Biz terror əleyhinəyik. Tək-tək adamları aradan götürməklə xalqımın vəziyyəti yaxşılaşmaz. Bir gün eşitdik ki, Qarabağda mülkədarlar öz nökərlərilə birlikdə onu facianə bir surətdə öldürüblər.
İkinci adam isə Zəndi adlı kürd idi. O zindandan təzəcə çıxıb Təbrizə gəlmişdi. O deyirdi ki, “Mən kürd ziyalılarındanam. Azadgah olduğumdan neçə ildi ki, zindanda yatırdım. Mən hazırda dəmir qəfəsdən çıxmış pələngə bənzəyirəm. Deyin, kimi aradan götürüm!”
Biz Səttarxanın kürəkəninə dediklərimizi ona da söylədik. Mirzə ilə bir neçə kəlmə danışdıq ki, o bizi başa düşməsin...
Kürd Zəndi bir neçə dil bilirdi. Mən ona Q.Y. yoldaşın başına gələnləri danışdım. Zəndi dedi ki, mən belə işlərin çarəsini yaxşı bilirəm.
Nəhayət, öyrəndik ki, Q.Y. yoldaş xilas edilmişdir. Bu həqiqətə nə qədər uyğundur, bilmirəm. Zəndi bizə dedi ki, mən qubernator Fəhiminin kabinetinə girdim. Mauzeri gicgahına dayayıb Q.Y. yoldaşın dərhal azad olunmasını tələb etdim. Qoca qubernator canının qorxusundan telefonla dərhal Q.Y. yoldaşın buraxılması əmrini verdi. Sonralar Q.Y. yoldaşı hər dəfə görəndə bu hadisəni ona xatırlatmaq istədimsə də, bacarmadım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-arazin-o-tayinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şarj-nəzirə*Günlərin bir günündə
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.
Стихи других поэтов
Bir nigarı istərəm aləmlərin əlasıdır,Rüzgarın bağı icrə növguli-rənasıdır,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,