Ələsgər sazı
Hüseyn Arifə
Bir ağ gün görmədi zəmanəsində,Dar gündə ümidi, pənahı sazdı.Ellərin dərdinə yandığı gündən,Həm fəryadı sazdı, həm ahı sazdı.
Ürəyində vətən, dilində vətən,Dedi zalımların qənimiyəm mən.Keçdiyi yollarda dadına yetənQibləgahı sazdı, Allahı sazdı.
Qeyrətli oğluna açmışdı qucaq –Səadət həsrəti hər ev, hər ocaq.Qansız haqsızların gözündə ancaqOnun bağışlanmaz “günahı” sazdı.
Şöhrətdi Nəbilər, Babəklər ona,Sərvətdi müqəddəs diləklər ona,Sirrini açırdı ürəklər ona,Yaslı ürəklərçin cərrahı sazdı.
Az bəla çəkmədi aşiqin başı,Damdı ürəyinə gözünün yaşı.Cəlladlara qarşı, yadlara qarşıÖmürlük susmayan silahı sazdı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-elesger-sazi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gecə dilsiz, yer-göy dilsiz, ay-ulduzlar yenə dilsiz,Saya gəlməz insan udur lal gecənin havasını.
Yeni kəndin işıqlarıTəbiətin qucağında, doğma Xəzər qırağında,Qəhrəmanlar ocağında, kefimizin şən çağında
MəsuməOlmuş hadisədir*Sərgərdan yaşından illər boyu sən,
Nakam məhəbbətAzəroğluya*Təbrizdə olmuşam anadan qəmli daxmada
Стихи других поэтов · О родине
Mən şirin ləhcəli bir bülbüləm ki,Güllərdən küsərəm, səndən küsmərəm!
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
DağlarEşidin, dərdimi sizə söyləyim,Düşmüşəm Vətəndən aralı, dağlar!
Bir tara bənzəyirəmHər simi min nəğməli,Bir tara bənzəyirəm.