Sıfırı yeddinin yanından pozun
A dostlar, deməyin dolmusan yaşa,Şairəm, yaşıma baxmayın mənim.Çox da çox illəri vurmuşam başa,Ağaran başıma baxmayın mənim.
Yorulmaq nədir ki? Sözün ən düzüÖmürlük dostum var ilk bahar kimi.Qanımda bir dünya şeirlər üzür,Aynam Xəzərdəki balıqlar kimi.
Könül mahnılarım, ürək sözlərimGecəli-gündüzlü zəhmətimindir.Vətən keşiyini çəkən gözlərimÖmrü bahar çağlı millətimindir.
İllər öz işini görsə də nə qəm,Yorulmaz yolçusu bu uzun yolun.Bilirəm titrəməz əlimdə qələm,Siz bu Süleymandan arxayın olun.
Qocalıq sözünü – yaraşmır mənə –Şairin adından, canından pozun.Sizinlə əl-ələ yoldayam yenəSıfırı yeddinin yanından pozun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-sifiri-yeddinin-yanindan-pozun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Doktor Fatma xanıma*Gözəlliyə baş əyirik səni görəndə,
Gəldi də getdiHüseynqulu Sarabskinin xatirəsinə*Səhnəyə, sənətə məcnuncasına
Cəfər, səni andımCəfər, bu səhər mən səni şair kimi andım,Gəl, gəl, dedim, ancaq mənə hay gəlmədi səndən.
Yeriniz olmayacaqDostlar! Axır zamanlar məni yaman dərd alıb,Nədənsə bir sualım yenə cavabsız qalıb.
Стихи других поэтов
Qələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Gedər derlər, gedər derlərBənim könlüm alan dilbər,Gedər derlər, gedər derlər.