Yeni həyat
Страница 3 из 3 · 67%
Usta İman. Onsuz da olmur. Mən bu evdə o kafir oğlum ilə gündə on dəfə savaşıram.
Səkinə (pioner libasında daxil olur). Ata gəldim pioner paltarımı sənə göstərim. Necədir yaraşırmı?
Usta İman. Çəkil, itin belindən gəlmiş. Yoqsa durub əlindəki dəyənək ilə o açıq baldırına o qədər dəyərəm ki, çolaq olub bir də küçələrdə curavey-curavey oqumazsan.
Səkinə. Ata, pioneri döymək, söymək olmaz. Biz azadə şanlı proletariat qoşunuyuq.
Rəhmətullah. Siz əcinnə qoşunusunuz. Allah kökünüzü yer üzündən götürsün.
Səkinə. Molla, sən yerində farağat otur, çoq mənim kibi balaca qızların kəbinlərin qoca kişilərə kəsmisən.
Usta İman. Sus mürtəd qız mürtəd.
Səlimə (daxil olur). A kişi nə qışqırırsan, nə olmuş?
Usta İman. Daha nə olacaqdır. Kim bu ərə getməli qızı belə döşü açıq, baldırı açıq, əli dəyənəkli etmiş? Kim? Kim?
Səlimə. Belə mən, mən.
Usta İman. Sən qələt etmisən. Atan Cə’fərqulu ilə, baban kosa Mehdi ilə. İt qızı it. Bu saat səni boğub öldürəcəyəm. Bu evə də od vurub yandıracağam. Daha mən təngə gəldim. (Onun üstə hücum edir.)
Səkinə (ağac ilə qarşısını alaraq uca səslə). Yasaq.
Usta İman. Çəkil itin qızı it.
Məhəmməd Rəhim. Usta əmi sakit olunuz uşaqdır. Qəbahətini anlamır.
Rəhmətullah ilə hacı İsmayıl (qalqıb gedərkən). Usta İman xüdahafiz. İltimasi-dua.
Usta İman. Baqışlayınız, halımı görürsünüz. (Çıqırlar.)
Səlimə. A kişi məni boğub öldürəcəksən?
Məhəmməd Rəhim. Səlimə bacı rahat olunuz. (Paraxod iki dəfə fit verir. Nazlı bir böyük baqlama ilə daxil olur.)
Nazlı. Dayı, sənə lazım olanların hamısını buraya qoymuşam.
Usta İman. Adə Məhəmməd Rəhim, paraxod iki dəfə fit verdi. Tez fayton dalınca get. (Məhəmməd Rəhim çıqır.)
Səlimə. İndi bu dava-şavadan sonra çıqart görüm evə nə qədər pul verəcəksən?
Usta İman. Bir də görüm sənə pul nə lazımdır? Hər nə lazım olsa Məhəmməd Rəhim alıb verəcəkdir.
Səlimə. Mən Məhəmməd Rəhimin əlinə baqan deyiləm, çıqar öz əlimə ver.
Səkinə. Ata mənə çəkmə pulu ver.
Usta İman. Sənə çəkmə lazım deyil. Baldırını açan qız ayaqyalın da gəzə bilər. (Allahqulu daxil olur.)
Səlimə. Oğlum yaqşı vaqtda gəlmisən, atan gedir, evinə pul vermək istəmir.
Allahqulu. Elə iş ola bilməz. Kişi kibi söz vermisən. Kişi kibi də əmələ gətir. Yoqsa səni buraqmaq yoqdur.
Usta İman (qoltuğundan kisəsini çıqardıb açır, bir qədər pul götürüb Səlimeyə verir.) Ala bu da sənin ev xarcın. Daha ürəyin sakit olsun.
Səlimə (sanıyıb). Elə bu? Bir elə puldan evə bunu verirsən. Bu pul heç beş günə də çatmaz.
Usta İman. Bu pulları tərpətmək olmaz. Bunlara İrandan mal alıb gətirəcəyəm. Mənim də çalışıb vuruşduğum sizinçindir.
Səlimə. A kişi bizi elə salmısan? Özünü lotuluğa qoymusan? (Pulu onun döşünə çırpır.) Al, Xorasanda sənə siğə üçün lazım olar. (Yenə fit səsi gəlir.)
Usta İman. A dinsiz balaları dinsiz, siz mənim başıma nə gətirirsiniz? İndi ki belə oldu heç bir qara kəpik də vermirəm. A qız Nazlı şeyləri götür gedək. (Getmək istəyir. Səkinə qapının ağzını kəsib.)
Səkinə. Yasaq.
Usta İman. Çəkil kafir balası kafir.
Səkinə. Yasaq!
Məhəmməd Rəhim (daxil olur). Usta əmi, paraxod son fiti verdiyinə görə fayton dutmadım.
Usta İman. Vay sizin zatınıza lə’nət, məni ziyarətdən qoydunuz. A kafir uşaqları kafir, cəmi vəbalım sizin boynunuza gəlsin.
Allahqulu, Səlimə, Səkinə (üçü də). Gəlsin.
Usta İman. Axirətdə nameyi-əmalınız sol əlinizə verilsin.
Üçü də. Qoy verilsin.
Usta İman. Ay müsəlmanlar, axı mən başı daşlı, mən gözü yaşlı nə edim? Arvad—cinatdel, oğul—komsomol, qız—pənirkə.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-yeni-heyat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?