Bir gözəl oxladı məni,Belə əbru-kaman olmaz.Göydən huri mələk ensə,Onun kimi qılman olmaz.

Kabab yanar közü ilə,Danış yarın özü ilə.Müxənnəslər sözü ilə,Yar ha yardan yaman olmaz.

Aşıq Abbas yana-yana,Yandı bağrım, döndü qana.Bir namə yaz Tufarqana,Daha səndən aman olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви