Məqsud yetişməksə əgər fəzlü kəmalə,Səy etməliyik elmə, dönərsək də hilalə.

Heç yerdə tərəqqi eləməz elmsiz insan,Bibəhrə olur gər su verilməzsə nihalə.

Halın nəzərə almalı məzlumi-cahanın,Bitərbiyəlikdən yetişib cümlə məlalə.

Məzlumi-cahan nəfinə cəhd etməliyik biz,Bu hali fəqət salmalı hər ləhzə xəyalə.

Azğınlara göstərməliyik rahi-həqiqət,Daim buna dair yazaq, əlbəttə, məqalə.

Etməzmi kifayət, sitəmi-cövri-ədudənƏbnayi-zaman yetmədədir gündə zəvalə.

Cəhd etməli azadəlik uğrunda həmişəTəbdil eləyək hicri-qəmin eyşü vüsalə.

Bir an füqəra sinfi gərək yatmaya rahət,İbrətlə fəqət baxmalı keyfiyyəti-halə.

Düşmən çalışır yıxmağa əhrari-zamanı,Haydı, ona qarşı çıxalım cəngü cidalə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке