Ey gül, yanıram qeyrilə sən həmdəm olanda
Ey gül, yanıram qeyrilə sən həmdəm olanda,Bülbül alışar xar ilə gül məhrəm olanda.
Çoxlar olub ol zülfi-pərişanın əsiri,Yığ, topla bu Məcnunları fikrin cəm olanda.
Tər qətrəsi vermiş üzünə başqa lətafət,Gül yarpağı ziynətli olur şəbnəm olanda.
Təklikdə cəhənnəm keçir eşq əhlinə hər yer,Yar ilə ona cənnət olur bahəm olanda.
Canana ürək sirrini dəmsiz demək olmaz,Hal əhli cəsarətli olurmuş dəm olanda.
Düşmən ola dünya qədəri, onlara batmaz,Hərgah iki dostun arası möhkəm olanda.
Bir naz ilə can qoymadı məndə hələ gəl, görAləm nə olur ortada yüz çəm-xəm olanda.
Qiymət verər ol qaşı hilalın sənə, Vahid,Başın ağarıb onda ki, qəddin xəm olanda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ey-gul-yaniram-qeyrile-sen-hemdem-olanda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(“Suraxanski” küçə, yuxarı məhəllə, Qoşa hamamın qabağı)*Yuxarı məhlənin əhlində şücaət görünüb,
MollanınGəlib orucluğun dəmi, çıxır sədası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.
Nə faidəOlma vəfalı, əhdü vəfadən nə faidə?Ol biəda, vəfavü ədadən nə faidə?
Nə ləzzətiDünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?
Стихи других поэтов · О любви
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Qəzəl: Dilərəm atəşi-qəm dildə fərəvan olsunDilərəm atəşi-qəm dildə fərəvan olsun,Ta ki can məş'ələsin yaxmağa asan olsun
Məzəli mahnı“Magistral” filmindən*Qız sevdim Nargilə,
Qadın ürəyiNecə rəhmlidir, necə amansız,Necə mehribandır qadın ürəyi!