Könül, vəfasız olan nazlı yarə yalvarma,Nə etibar ona, bietibarə yalvarma!

Darıxma, yaxşı-yaman ruzigarımız keçəcək,Bu beş gün ömrə görə ruzigarə yalvarma!

Sənin də bir gün olar novbaharın, ey bülbül,Bu zövqsüz, bu səfasız baharə yalvarma.

Fəqirə, acizə, məzlumə ehtiram eylə,Əduyə, qaniçənə, zülmkarə yalvarma!

Vətən yolunda ölüm mərd üçün səadətdir,Həyat üçün fələki-kəcmədarə yalvarma!

Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,“Həqiqət” üstə çəkilsən də darə, yalvarma!

Nə oldu dövləti-Cəmşid, mülki-İsgəndər?Nə tacidarə, nə bir şəhriyarə yalvarma!

Əgər həyatını, Vahid, xoş etmək istərsən,Nə gül cəfasını çək, nə də xarə yalvarma!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви