Uyma hər zülfü qara, sevgili cananə, könül,Bu vəfasızlar edərlər səni divanə, könül.

Mümkün olduqca çalış, yanmayasan eşq oduna,Şəmdən gör nə çəkir hər gecə pərvanə, könül.

Sən hələ eşq kəməndində əsir olmamısan,Uyma Məcnun kimi hər zülfi-pərişanə, könül.

Güldə olsaydı vəfa, xar ilə yar olmaz idi,Bülbülün ahi yayılmazdı gülüstanə, könül.

Aşina olmaq əbəsdi bu pəriçöhrələrə,Yenə bir gün olacaqlar sənə biganə, könül.

Sevdiyin olsa Züleyxayi-zaman, sən Yusif,Məkr edib saldıracaqdır səni zindanə, könül.

Vahidin ömrü bütün nazlı gözəllərlə keçib,Bu həqiqət sözü zənn eyləmə əfsanə, könül.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви