Aşiqsən, ey könül, qəmi-cananə, səbr qıl,Bir bax cəfayi-gərdişi-dövranə, səbr qıl.

Dünyayə uyma, fanidir övzayi aləmin,Lal ol, danışma, hərzəvü hədyanə, səbr qıl.

Yar olma, sanma hər kəsi gördükdə əhli-dil,Nahaq yerə salır səni tez qanə, səbr qıl.

Hər şəm başına dolanıb yanma, ey könül,Gör şəmdən çəkibdü nə pərvanə, səbr qıl.

Olma tüfeyli, mərdsən, hər bir gədayə kim,Ali gədası olgilə, mərdanə səbr qıl.

Uyma kəməndi-zülfünə bu leyliveşlərin,Olma fəzayi-eşqdə divanə, səbr qıl.

Billah fənadu felin-işin, səbrin olmasa,Səbr etmək ilə iş yetər asanə, səbr qıl.

Naəhl, nanəcibə olunca tüfeyli kim,Xoşdur ki, mənzilin ola qəmxanə, səbr qıl.

Sirrin həmişə saxla nihan, xalqa söyləmə,Faş eyləyərlər seyltək hər yanə, səbr qıl.

Hər kimsəni vəfalı bilib, olma aşina,Bir gün olur ki, qəsd edər ol canə, səbr qıl.

Çeşmi-nigarə, zülfü xətü xalə vermə dil,Damə düçar edər səni ol danə, səbr qıl.

Vahid, şikayət eyləmə cövri-nigardən,Kafər də olsa, tez gələr imanə, səbr qıl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви