Savalanım, Tanrı dağım
Bu şeri Bəylə ikimiz bir yerdə yazmalıydıq.
Bəy mənə Savalan dağı haqqında xeyli danışmışdı, biz bu şeri Bəyin, həm də mənim istədiyimiz şəkildə, Tanrıya qovuşan və bizi də qovuşduracaq bir qanadlı dağ, bir İlahi sevgi şəklində yazacaqdıq. Və yazdıq da: Həm də şerdəki kimi təkcə Savalan yox, Bəy də Tanrıya qovuşdu. Ancaq, canım, gözüm, nə bu cəhd bitər, nə də Tanrıya qovuşma.
1960-80-ci illər dünya antisovet, disident hərəkatında Azərbaycanı utancdan xilas etmiş ELÇİBƏYin dilindən
Mən bu dünyanın özündən,Min üzündən sovuşuram,Savalanım, Tanrı dağım,uçub sənə qovuşuram,
qovuşduqca duruluram,duruluram, duruluram,göyüzündən ətirli göy,sudan duru gül oluram.
Şükür, Tanrım, şükür sənə,gül qoxusu gəlir yenəətəyindən qanadlanıbgöyləri aşan elimin,çiçəkcə, gülcə danışan,göycə dinən Türk dilimin.
Anayurdu, AtagöyüGecə-gündüz sevməkdən də
rahat olmuram, İlahi,eşqindən göydə yaraşığın,yerdə işığın yorulur,mən yorulmuram, İlahi.
Səni sevmək azdı, Tanrım,Səni sevmək – sevgi yarı,hər an qanad aça-aça,uça-uça hey yuxarı,qalxıram insan göyündən,qalxıram insan eşqindənneçə-neçə göy yuxarı,Şükür, Tanrım, şükür, Tanrım,məni elədin axırı,hamının hamını sevməyiyçünbu dünyanın çıxarı.
İndi min göydən üzüməmingül nurun düşür, Tanrım,hamını hamıya sevdirdikcəŞükür, sevgim bütövləşir,şükür, yurdum bütövləşir,Türküm bütövləşir, Tanrım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-savalanim-tanri-dagim-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vətən torpağını hamıdan çox sevənlər vətən torpağına hamıdan tez qarışmağa tələsənlərdi. Vətənin ən gözəl ətri də onlardan, onların torpağından gəlir. Hər dəfə dostum Zakir Fəxrinin, həm də hamımızın qardaşı Kamili xatırlayanda yerüzüm və göyüzüm çöl, çiçək qoxusuyla dolur və Kamilin bu gözəl çöl, çiçək qoxusu dünyamı uzun müddət tərk eləmir, mən çox zaman özümdən asılı olmadan öz-özümə gülümsəyirəm. Bu çöl, çiçək qoxusu bizim dünyamızın çöllərinin, çiçəklərinin qoxusuna bənzəmir, daha sevgili bir dünyanın hər an insanı yeni bir xoş hala gətirən qoxusudur. Bu həm də Kamilin və bütün igid, gözəl, şəkil şəhidlərimizin ruhunun qoxusudur. Mənə elə gəlir ki, onların ruhunun gözəl ətriylə dolu o dünyaya çox rahat getmək olar. Onlar arasına getmək əbədi solmaz çiçəklər arasına getmək kimidi.Çöl kimi,
Dünyanın ən iri gözü, ən iri çayı, dəniziTanrım, əsirlikdə başları kəsilən şəhidlərimizin son baxışlarıyla göyüzünün hərəkətini onların son anda gözlərini zillədikləri yerdəcə durdurdun, beləcə, zamanı da dayandırdın. Bu dünyada daha heç kəs qocalmır. Şəhid anaları da elə həmin andakı şəkillərindəcə qalıblar, saçlarında bircəcə dən də artmayıb, çünki şəhidlərimiz gözlərini göyüzünə zilləyib göyüzünün hərəkətini, həm də zamanı dayandırmaqla anaların saçlarını ağarmaqdan, üzlərini qırışmaqdan qorudular. Yoxsa anlar axıb getdikcə, analar da axıb gedəcəkdi, saçları ağlarda, üzləri qırışlarda itəcəkdi və mənim başım da hər an yenidən kəsiləcəkdi, elə kəsilən kimi də boynum dünyanın ən iri gözünə, o gözdən axan çay isə dünyanın ən iri çayına, dənizinə çevriləcəkdi.– Canımın harasındasa,
Vətən, odundan doymadımDünyanın ən usta tərcüməçilərindən Natiq Səfərovu yanğından xilas edərkən yanmış Natiq Səfərovun xatirəsinə*Bir yol da demədin «Vətən»,
Dünya tarixinin çox qəddar və cılız göründüyü anSon 70-80 ildə yaxından gördüyüm, tanıdığım, əsl həqiqətlərini eşitdiyim böyük və ya dahi adlandırılan adamların əslində, nə boyda olduqlarını düşündükcə dünya tarixinin çox böyük şəxsiyyətləri, hətta dünya tarixinin özü mənə şox cılız, uydurulmuş və qəddar görünür. Bir sözlə, tarix çox əclaf şeydir.Mən bu sözləri, ölümündən bir neçə il keçsə də, yalnız Natiq Səfərov üçün, onun oxumasından ötrü yazıram, çünki elə bil onun belə bir istəyini hiss eləmiş kimiyəm.
Стихи других поэтов · О любви
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Əcəl gəlincə sən gəldinTəzə ili tək keçirdim,yuxuma gecə sən gəldin.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər