Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng,Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng.Çəkdi dudi-ahimi ta çərxi-çənbər bir tüfəng,Canıma atəş salıb yaxdı sərasər bir tüfəng,Yanə-yanə qaldım, olmadı müyəssər bir tüfəng.

Qıvrılır könlüm tüfəngdən dəm vuranda, mar tək,Od çıxar ağzımdan ol çaxmaği-atəşbar tək,Gülleyi-əşki atar çeşmim şərarı nar tək,Müşki barut ətrilə həm türreyi-tərrar tək,Etmədi dimağimi mütləq müəttər bir tüfəng.

Bu Qarabağ içrə çox çıxdım tələb meydanına,Müşkül oldu çünki yol bulmaq onun imkanına,Eylədim bu müşkülü izhar Şirvan xanına,Göstərib lütfü kərəm mən bəndeyi-fərmanına,Etdi vədə ol şəhinşahi-dilavər bir tüfəng.

Bavər etdim vədəyə, gəldim ki, mən ol həm gələ,Gəlmədi, amma gözüm yollarda qalıbdır hələ.Nalişimdən hər zaman düşdü zəmanə zəlzələ,Derlər ol bəylərbəyi həm axtarır düşməz ələ,Qəhdə çıxmışdır məgər, Allahü əkbər, bir tüfəng?

Hər kim istər kim, vücudi mərəkə ara gərək,Kəndi zatından silahü əsləhə əla gərək,Gülləsilə xuni-əda tökməyə sevda gərək,Gər tüfəng olsa bizə, mümtazü bihəmta gərək,Vaqifa, yoxsa deyil, məqbulumuz hər bir tüfəng.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов