Nə xoşdur baş qoymaq bir güləndamın qucağında,Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında,Durub ondan, tutub nazik əlin gəzmək otağında,Qucub-qucub oturmaq gah solunda, gah sağında,Sinəsində sinə, boynunda qol, dodaq dodağında.

Üzündən, eyləyib küstahlıq, dəstari-zər açmaq,Yenindən düymə, ondan sonra belindən kəmər açmaq,Çəkib yaşmağın ağzından rəvan, ləlü gövhər açmaq,Çıxarıb cümlə əsvabın, vücudun sərbəsər açmaq,Həmin bir incisin qoymaq qara zülfün qırağında.

Uzun saçın qucaqlayıb, töküb qəddi-büləndindən,Töküb misli-bənəfşə iyləmək hər bir kəməndindənYaxasın çak edib, köksün çıxarıb bağü bəndindən,Əmib doyunca şirin ağ məmənin şəhdi-qəndindən,Qoyub bir ləhzə baş, yatmaq giribanın bucağında.

Səmən cismə sarılmaq, eyləmək bir qədr rahətlər,Aralıqda olub bir-birinə lütfü inayətlər,Yuxudan tez durub sərf eyləyib dürlü zərafətlər,Yuyub əl, oturubən dizbədiz etmək hekayətlər,Demək bir-birinə başdan keçən halı fərağında.

Edib bir müxtəsər söhbət, xəbərdar olmamış əğyar,Yenidən and içib, şərt eyləyib, əhdü, iman, iqrar,Alıb bir bu üzündən, o üzündən buseyi-təkrar,O zülfi-yasəməndən həsrət ilə ayrılıb naçar,Gənə Vaqif kimi bir dəxi olmaq iştiyaqında.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви