Əsrimizin on beş başlı əjdahasıBakı - Moskva adlananon beş vaqonlu uzun qataraparır səni məndən,Tilsimləyəcək səniMoskva adlanan böyük qəsrdə.Doqquz nazirlik dağı’doqquz ərizə gündüzü,doqquz “hə-yox” gecəsiaşıb, keçmək gərəkdir mənə.Tilsimi qırıb,səni görməkdən ötrü.Əsrimizin on beş başlı əjdahasıaparır səni məndən...Nə deyim mən sənə,nə deyəsən sən mənə?Ayrılıq nağılınınilk perron səhifəsi.Nə deyək?Sağ ol,yoxsaəlvida?Yox!Gəl, salam deyək,Salam deyək Ayrılığa!Salam verək Məsafəyə!Qəmimizlə salamlaşaq...1963

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов