Nəyə hürürsən?
Nəyə hürürsən?Kimə?Adamlar keçir gülə-güləyanından.Sənsə hürürsənbu dünyayahər yandan,Bəlkə yadına düşürbabanı didmiş canavarlar?Nə olsun...Canavar pəncəsindən çıxıb,kim sağ-salamat qalar?Nədən hürürsən,kimi görürsənqürub günəşi təkqızarmış gözlərinlə?Hürmə!Böyükdür bu dünya.Dilini kim duya?Kim bilə?Yalan deyilsən ki,hürdüyün gəzsin dildən-dilə!Səni necə başa salım...hürmə,qadan alım!Şəhər yerindəqapmağa, hürməyə bir şey tapılmaz.Lal dolan bir az.Əvvəlin sonunə olacaq görərik,lazım olsa, lap, hürərik.Sən öz başına,mən öz başıma...
1963
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-neye-hurursen
Клавиши ← → для перехода, R — случайное стихотворение