Görürəm ot basır, toz-torpaq örtür,Kimsəsiz sözlərin karvan yolunu.Deyirəm, dediyim daşlara dəyir,Yayda kor quyuya düşən vedrətək.

Yuxumdan muradsız kəhərlər keçdi,Yuxudan ayıldım göz qabağında.Kim yazıb adımı çaldı dörd mıxla,Fələk bağladığı qapının üstə?

Bilmirəm hardadır kələfin ucu,İçimdə özünə kim yuva salıb?Hələ ki gec deyil gərək öldürümOlduğum insanın əliylə məni.

Sözümü ağzımda qoyma, ay Allah,Allahsız bir kimsə yalan tutantək!Bu meydan, bu şeytan, bu tütək səsi,Bu da tənhalığın səlahiyyəti...

1969

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви