Qaçdı dəniz, qaçdı səma bu axşam,Quşların səsi də tək qoydu məni.Üstümdə qalmayıb, sürünüb getdi,Buludun yamaca düşən kölgəsi.

Soxuldu ömrümün səksəkəsinə,Dəmir çəkmələrin ətkəsən səsi,Əl-qolum zəncirlə niyə bağlandı,Taleyin vəkilsiz məhkəməsində?

Yağış da tərs kimi dəliyə dönüb,Nə evlərə yanır, nə papaqsıza,Bu nursuz suların keçib əlinə,Dünya miyoldayır həyətimizdə.

Hələ ki vaxt qalıb, utanma, nahaq,Utanma mənimlə insan olmaqdan,Söyüd budağından yazdığım şeir,Qalacaq qəhrəman heykəli kimi.

Günəş baş götürüb qaçandan sonra,Yumdum gözlərimi bağlanım deyə,Nə xeyri olacaq min dəfə bağlan,Qapısız bir evdə pəncərə kimi...

1969

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе