İkinci məclis
Страница 1 из 2
Vaqe olur həmin otaqda. Hacı Qəmbər, Əşrəf bəy əyləşiblər.
Əşrəf bəy. Mən çox təəccüb eləyirəm sizə ki, mənim sözümə inanmırsınız. Mənə nə düşüb ki, sizə yalan deyim. Vallah, billah, necə ki, sizə ərz eləyirəm, elə iş o qaydadadır. Ala bax, bu iki tel: Hacı Salman yazır ki, bu gün üçün sizə qırx beş min manat pul gətirsin. Əvvəlinci telin də məzmunu belədir ki, baramanı straxovoy eləyiblər doxsan min manata, yarısı Hacı Salmanın, yarısı sizin. Burada bir şəkk-şübhə yoxdur.
Hacı Qəmbər. Mən bu sözü səndən bir aydır eşidirəm. Bu gün sabah, bu gün sabah! Pəs bunun axırı nə vaxt olacaq? Doğrusu inanmıram, qardaş. Məni sən heç qınama. Rus işidir, yağmadı, bitmədi... O zaftra, zaftranı mən çox görmüşəm. Ta ki, pul gəlib əlimə çatmasa, rahat ola bilmərəm. Vəssalam.
Əşrəf bəy. Mən sizi heç qınamıram, ancaq onu mənzur eləyin; həkim bir kəlmə deyir ki, əgər hacı xiffət eləsə, fikir eləsə naxoşluğu təzədən geri qayıdacaq. Özüvüz bilin.
Hacı Qənbər. Mən heç zad bilmirəm, ancaq onu qanıram ki, əgər bu iş dürüst olmasa, mən gərək Hacı Salmanı dünya üzündə qoymayım sağ qala. Vəssalam. Zalım oğlu zalım elə “qaz vur, qazan dolsun” deyə-deyə mənim evimi yıxdı.
Əşrəf bəy. Bu sözü tək mən demirəm, bu xəbəri tamam şəhər danışır. Əgər siz bu tellərə də inanmayanda, mən dəxi bilmirəm sizi nə tövr inandırım.
Hacı Qəmbər. Əşrəf, sən hələ uşaqsan, dünyanın işin bilmirsən. Hər saatın bir hökmü olar... İşdir, olmadı, olmadı; yağmadı, bitmədi... Mən özümü güclən inandıra bilmərəm!
Əşrəf bəy. Eybi yoxdur, inanmırsız inanmayın, əlbət pul gələndə inanarsız.
Dilbər xanım (daxil olub). Deyirəm, Əşrəf, dünyanın işinə bax, o gün gözümün içinə hırıldayanlar bu gün bilmirlər mənə nə qayda gözaydınlığı versinlər... Məsciddən evə gələnəcən yol uzunu bir arvad qalmayıb deməsin: “A Dilbər xanım, gözünüz aydın olsun, Allaha şükür, pulunuz çıxıb”. Mən də ürəyimdə dedim: “Ölün, canınız çıxsın”.
Əşrəf bəy. İndi gəl kişini inandır ki, bu xəbər doğrudur.
Hacı Qəmbər. Allahı sevirsiz, məndən əl çəkin. Nə istəyirsiz? Mən bilirəm mənim evim yıxılıbdır, dəxi artıq danışmaq nə lazım?.. Mən uşaq deyiləm ki, başa düşməyim. Mənə siz təsəlli verirsiz ki, mən artıq fikir eləməyim; qorxursuz ki, naxoşluğum geri qayıda.
Əşrəf bəy. Pa-a-a, rəhmətliyin oğlu, bizi lap ələ salmısız. Biz şadlığımızdan bilmirik nə eləyək, bu da elə öz dediyin deyir... Vallah, sizin acığınıza Aşıq Vəlini çığırıb burada qiyamət eləyəcəyəm... Axırda görək kim peşman olacaq.
Hacı Qəmbər. Mənim sizlən işim yoxdur, hər nə istəyirsiz, onu eləyin... Mənim bu işim özü elə bir böyük zurnadır.
Əşrəf bəy. Çox yaxşı, çox əcəb! İndi ki sizin zurnavuz var, qoy bizim də barı sazımız olsun... Cəbi! Cəbi! (Çağırır.) Bax, bu canım ölsün ki, Hacı Salman elə doğru deyib: qaz vurmusan, qazan da dolub. (Cəbi daxil olur.) Cəbi, get Aşıq Vəliyə deyinən ki, bu saat sazın da götürüb yoldaşlarilə buraya gəlsin.
Cəbi. Bay, sənə qurban olum!.. Bunu çoxdan elə də! Başın üçün, Əşrəf bəy, bu xeyir xəbəri eşidəndən bəri var-yoxumdan əl çəkmişəm. Bax, bircə manat Seyid Əzimə vermişəm, bir üç manat qara pul fəqir-füqəraya paylamışam. Şükür sənə, Allah, gündə min kərə şükür!
Hacı Qəmbər. Kor nə istər? İki göz, biri əyri, biri düz... Allah eləsin, nə deyirəm?.. İstəyirsiz zurnaçı da gətirin.
Cəbi. Bax belə söylə, mən də deyim ki, bu gün bayramımızdır... Düşməni öldürmüşəm, canına od qoymuşam. Aşıq Vəli qonşuda! Cəbi, vur, bacının toyudur. (Gedir.)
Əşrəf bəy. İndi mən bilirəm şəhərdə bu xeyir xəbər neçə adamın ovqatına soğan doğrayıb.
Dilbər xanım. Hacı Mehdinin arvadı məni görüb deyir: “Ay qız, Dilbər, barı bu xəbər doğru olaydı... Vallah, o qədər şad olmuşam, o qədər şad olmuşam, dəxi nə deyim”. Mən də ürəyimdə dedim: “Yalansa qudurub, çiynini qapasan”.
Hacı Qəmbər. Ay balam, deyəsən, mən də yavaş-yavaş inanıram axı.
Əşrəf bəy. Nə lazım inanmaq? Hələ inanmayın. Qoy Aşıq Vəli gəlsin.
Dilbər xanım. Bizə nə düşüb görəsən, adam alladaq? Kişi, sən özünü suya batmış toyuğa oxşatdın.
Cəbi (daxil olub). Aşıq Vəli, buyur. Ay uşaqlar, siz də gəlin... Gəlin görək, nə tövr nəğmə başlayacaqsız.
Aşıq Vəli (və qeyriləri daxil olub). Salam əleyküm, ağalar...
Əşrəf bəy. Əleyküm salam, Aşıq Vəli. İrəli gəl görək... Sənə bir az zəhmət verəcəyəm.
Aşıq Vəli. Hər nə buyursanız, nökəriniz Vəli, can-baş ilən qulluğunuzda hazırdır... Ancaq bir şey ərz eləyim. Məni Cəbi çağıranda ki, sazını da götür gəl, biədəblik eləyirəm, uşaqların anası zəli kimi yapışdı ki, bir az dayan, sözüm var... Arvad, Allaha bax, tanrıya bax, çağırırlar, məndən əl çək, xeyir olmaz, dayan... Rədd ol tünbətünün nəvəsi! Başıma bir qapaz... Dedim eybi yoxdur, sonra hesablaşarıq. İndi başınıza dönüm, qulluğunuza bir neçə kəlmə söz ərz eləyim: hansı arvaddan həzər etmək gərək? Fəda olum, hacı, bir az başağrısı verəcəyəm, əfv buyurasız... Əlhəmdülillah ki, o xeyir xəbəri ki, mən eşitmişəm, o məni artıq şad eləyib.
Dilbər xanım. Hər nə deyəcəksən de, ancaq mən onu bilirəm ki, arvadsız kişiləri qarğalar basıb yeyərdi. Birisi də bax bizim bu kişicığaz.
Aşıq Vəli. Hanı elə qarğalar məni basıb yeyəydilər, canım qurtaraydı Pərizadın əlindən? Axmağın qızı dünən mənim üçün başın tərpədirdi. Deyir ki, Səttar kişinin arvadı alışdım-yandımdan özünə libas tikib, nə bilim kimin arvadı qayçıkəsməzdən tuman tikib, kimi zər-zərdən, kimi zərxaradan, kimi gendədurdan, kimi qonşunun canıçıxsından. Nə bilim, başına dönüm, qana da bilmirəm qulaqlarım tıqqıldayır. Deyirəm, ay arvad, nə olsun axı? Deyir belə dərd olsun, vərəm olsun! Sən də aduvu kişi qoymusan? Başıma bir qapaz. Bizim Pərizad indi belə Pərizaddır. (Gülüş)
Əşrəf bəy. Bəs hansı arvaddan həzər etmək gərək, Aşıq Vəli, de görək.
Aşıq Vəli. Ərz eləyim, ay ağalar, o arvaddan həzər etmək gərək ki, sübhdən axşamacan dodağının altında həmişə donquldana.
Əşrəf bəy. Xalasına lənət!..
Aşıq Vəli. Genə o arvaddan həzər etmək gərək ki, təzə ərinin yanında rəhmətlik ərini tərif eləyə.
Cəbi. Bizim Şahsənəm kimi.
Aşıq Vəli. Ələlxüsus həzər etmək gərək o arvaddan ki, həmişə öz baxtından şikayət eləyə.
Əşrəf bəy. Afərin, Aşıq Vəli... Dalı gəlsin.
Cəbi. Ağa, birini də mən deyimmi?
Hacı Qəmbər. Bacarırsan de, Cəbi.
Dilbər xanım. Cəbi, bu kol sən girən kol deyil ha, özünü gözlə!
Cəbi. Al gəldi, Aşıq Vəli! O arvaddan həzər etmək gərək ki, hansı ki əri evə gələndə sımsığın sallaya, əri evdən gedəndən sonra şıllaq ata. (Gülüş.)
Əşrəf bəy. Aşıq Vəli, al üstün.
Aşıq Vəli. Yenə o arvaddan həzər etmək gərək, Əşrəf bəy ki, cavanlığında min bəd əməl eləyib, axırda mərsiyəxanlıq bina edə.
Hacı Qəmbər. Mən ömrümdə arvad mərsiyəxanının cəmini elə gördüm. Lənətüllah!..
Əşrəf bəy. Aşıq Vəli bu gün qiyamət eləyir. Hm, dalı gəlsin!
Aşıq Vəli. Ələlxüsus həzər etmək gərək o arvaddan ki, həftədə birinə siğə olmuş ola.
Cəmən. Xa, xa, xa!..
Cəbi. Aşıq Vəli, demə ki, qanmadı ha, axırda mənə sataşdın. Sən öləsən, hərgah bu söhbəti Bədirnisa xalam eşitsə, sənin bığında bir tük qoymaz qala.
Aşıq Vəli (sazı kökləyə-kökləyə). Bədirnisa xala, Əşrəf bəy, bir elə artıq siğə olmayıb. Bir Kərbəlaya gedəndə olub, bir Xorasana gedəndə, bir, iki ya üç mərsiyəxana, bir üç-dörd mollaya, vəssalam. Bir yol da meylində var idi ki, nökərinizə siğə olsun, Pərizaddan qorxdum.
Cəmən. Xa, xa, xa!.. Xa, xa, xa...
Aşıq Vəli. (çalıb oxuyur) –
Ey əzizim, uyma bu puç dünyayə,
Axır salar səni yaman sevdayə.
Nazü nemətinə çox həris olma,
Allanma dövlətə, gəzgilən sayə.
Təhtanı, fövqani qəsrinə baxma,
Xəz xirqəsinə su kimi axma.
Qızıl eynəkləri fəxr edib taxma,
Mübahat eyləmə zərrin əbayə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vezirov-yagisdan-cixdiq-yagmura-dusduk-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.*Camal bəy**. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!
Beşinci məclisVaqe olur meşə içində, Hacı Qurbanın səfərxanasında. Gecə vaxtı, Hacı Qurban otaqcada əyləşib, əlində təsbeh, kənarda lampa yanır.*Pirverdi** (daxil olub). Hacı, Camal bəy yoldaşları ilə gəliblər, dərənin qurtaracağında dayanıblar...
“Əkinçi” qəzetindəki məqalələr1Bizim Petrovski Akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərini təlim edir. Akademiyanın öz yerində meşələr, əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savay, özləri əkin əkib, meşə saxlayıb, maldarlıq etsinlər. Bu səfər bizim mallar saxlamaqdan danışaq: Akademiyanın 100 baş malı var ki, bu halda qış olduğuna onları töylədə saxlayıblar. Töylə bir mərtəbə daş evdir. Onun ortasında uzunlamasına iki cərgə axurlar qayrılıb və axurların arasında dəmiryolu qayrılıb ki, bir fəhlə əlində ərradə o yolla gedib gələ bilsin. Töylənin axur olan yerləri, yəni ortası hündür, amma divarlarının yanı bir az alçaqdır ki, malların nəcisi və sidiyi axıb oraya getsin. Hər bir malın öz yeri və axuru var. Onları zəncir ilə üz-üzə bağlayıb 8 ay – ki bizim qışdır saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər gündə 5 dəfə mallara yem verir: sübh saat rusi beşdə, onda və on birdə, günortadan sonra saat dörddə və altının yarısında. Əvvəl dəfə quru ot və saman, ikinci dəfə su buğunda saxlanmış yem. Bu yemi belə qayırırlar: kələm və zılx yarpaqlarını bir böyük qazana qat-qat yığıb üstə maşın ilə doğranmış zılx, yerkökü töküb onun üstə kəpək töküb qazanı doldurub üstə bir az duz səpib ağzın bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu novça ilə əvvəlinci qazana aparıb o buğun içində yemi bir gecə saxlayıb sübh saat onda mallara verirlər, üçüncü dəfə yenə ot ya saman, dördüncü dəfə yenə su buğunda saxlanmış yem, beşinci dəfə yenə ot ya saman. Bəzi vaxtda saat on ikidə mallara turş yem verirlər. Turş yemi belə qayırırlar: kələm və i.a. yarpaqlarının hər birini bir əlahiddə quyuda turşudurlar. Quyunun uzunu iki sajın, eni və dərinliyi bir sajındır. Onun dibini və yanlarını taxta ilə tutublar ki, yağış suyu ona dolmasın və yarpaqların suyu oradan çıxmasın. Hər bir araba yarpağa bir girvənkə duz səpib quyunu doldurub üstün torpaqlayırlar. Belə saxlanmış yarpaqları iyirmi gündən sonra mallara vermək olar. Malları iki dəfə sulayırlar. Bir sübh saat səkkizdə və bir də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları hər gündə iki dəfə şotka və qaşo ilə təmiz edib, iki dəfə də onların altının otların dəyişdirirlər.
Mənim sevgili, əziz müəllimim Həsən bəy!“Həyat”ın 117-ci nömrəsində Bakıda müsəlman teatrının binası barəsində yazdığınız məqaləni oxuyub artıq təəccüb etdim... Məqalədən belə görünür ki, guya Bakıda müsəlman teatrının əvvəl binasını siz cənab qoymusunuz... İxtiyarınız var mənim canıma və malıma... Bunu özünüz çox yaxşı bilirsiniz və mənim cəmi yoldaşlarım və aşinalarım bilir mənim sizə olan ixlasımı. Amma ancaq... fəda olum sənə, Həsən bəy! Mənim millətə olan qulluğumu puç etmək ixtiyarını mən heç kimə verə bilmərəm, çünki mən tamam ömrümdə millətə etdiyim xidmət mənim üçün tamam ömrümdə əvvəl və axır bir təsəllidir. Bu təsəllini mənim əlimdən almaq mənim üçün böyük zülmdür...Teatrın binasını mən qoymuşam... Hərçənd teatr binasını etmək təklikdə özü bir böyük xidmət deyil millətə, amma çünki biz müsəlman çox yetim olmuşuq və cəmi məxluqdan geri qalmışıq, ona görə bu bir balaca işin binasını kasıblıqda böyük dövlət hesab edib, ondan əl çəkə bilmərəm...