Ağlayıram, gülürəm,Aliməm, ya tacirəm.Bircə onu bilirəmVətəndə mühacirəm.

Qürbətdə Vətən dərdi,Çəkənçin savab imiş.Vətəndə Vətən dərdi,Dəhşətli əzab imiş.

Düzə olublar qənim,Acgözlər deyir mənim,Ya rəbbim, nə edəlim,Vətəndə mühacirəm.

Dost-yağı bilinməyir,Göz yaşım silinməyir.Bir kəs qorxudan demir,Vətəndə mühacirəm.

Yersiz gəldi, yerli qaç,Qapını taybatay aç.Evimdə verirəm bac,Vətəndə mühacirəm.

Ağadı boş qafalar,Sıralanır mafalar.Hökm eləyir tayfalar,Vətəndə mühacirəm.

Görən gedim hayana,Qara bəxtim oyana.Qalım mən yana-yana,Vətəndə mühacirəm.

Taxt üstə var qalmaqal,Torpaqlar olub işğal.Qarabağ, salamat qal,Vətəndə mühacirəm.

Bəlkə göyə uçum mən,Yer altını qucum mən.Kimə edim hücum mən,Vətəndə mühacirəm.

Kimə açım dərdimi,Dərd doğrayır qəlbimi.Göyə açdım əlimi:Vətəndə mühacirəm.

Elin malı yeyilir,Talan, qarət edilir.Mənə rişxənd edilir,Vətəndə mühacirəm.

Millət göz yaşı tökür,Vicdan yox olur, çökür.Nə olsun, ağla, hönkür,Vətəndə mühacirəm.

Vətən düşüb tilsimə,Açıl dedim “Sim-sim”ə.Nə vecimə, kim-kimə,Vətəndə mühacirəm.

Başlar boş, ciblər dolu,Quldur tək kəsib yolu.Mən qəriblik simvolu,Vətəndə mühacirəm.

Düz deyən dil kəsilir,Günahsızlar əzilir,Məni duyanlar bilir,Vətəndə mühacirəm.

Fəqir sevir zəhməti,Xalqım verir qiyməti.Sevin Vüqar Əhmədi,Vətəndə mühacirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине