Füzulinin dərdi
Sən ey sevdalı sənətkar,
Səsində min şikayət var.
Duyanlar hər zaman ağlar,
Desəm, bir böhtan olmazmı?
Sığındın təbi valaya * ,
Vuruldun hüsnü Leylaya.
Nahaqdan düşmə sevdaya,
Gözün yaşlarla dolmazmı?
Xəyalə qərq olub hərdən,
Zəhərləndin küləklərdən...
O qansız, daş ürəklərdən
Könül rəncidə † qalmazmı?
Nə odlar görmüsən bilsən,
Əzəldən aşiq oldun sən,
Böyük ruhunla bir türksən,
Muradın şəmi yanmazmı?
Füzuli, incidin yardan,
Gileyləndin saraylardan...
Keçirkən karvanın qardan,
Dedin üz döndərən yazmı?
Səninlə oynadı dövran,
Doyunca öpmədin yardan,
Əsən sevdalı ruzgardan
Tənoffüs ruha siğmazmı?
Nədir Leyli, nədir Məcnun?
Nədir aşiq, nədir məftun?
Gəzirsən daima məhzun * .
Sınıq qəlbin - sınıq sazmı?
Yıxılmış gördüyun dövran,
Dəyişmiş, başqadır insan,
Azərbaycan, Azərbaycan,
Böyük dahilərin azmı?
Sən ey sevdalı sənətkar,
Səsində min şikayət var.
Duyanlar hər zaman ağlar
Desəm, bir böhtan olmazmı?
Döyür pəncərəmi qışın ruzgarı
Vaxtsız ölümmüdür üstümə gələn?
Çəkilsin gecənin qaranlıqları...
Ömrə son sozümü deməmişəm mən,
Vaxtsız ölümmüdür üstümə gələn?
Ruhumda ruhunun parçası vardır,
Təşəkkür yetirək təbiətə biz.
Xavərim, ömrümüz nə bəxtiyardır,
Xalqı küsəndirir səadətimiz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-fuzulinin-derdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Könül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
MəniƏlvan çiçəkləri ətir qoxulu,Yaşıl çəmənləri səhər yuxulu.